Kamal Allazov – Haqqında

Kamal Allazov – Google Premier Partner və Google reklamları üzrə Platinum səviyyəli Product Expertdir.

5 il ərzində Azərbaycanda 27 brendlə çalışmışdır. Bunlardan 9-u elektron kommersiya layihəsi olmuş, ümumilikdə 3mln dollardan çox reklam büdcəsi idarə edilmişdir.

Kamal Allazov – Google Ads Manager account

Hazırda Kamal Allazovun təsis etdiyi Adsnerd MMC Azərbaycanın aparıcı elektron kommersiya şirkətləri, o cümlədən xarici layihələr üzrə Google Ads, Meta (Facebook & Instagram) və Microsoft reklam platformaları üzrə aylıq 400.000 dollardan çox reklam büdcəsi idarə edir. Bu səbəblədir ki, Azərbaycanda yeganə Premer Partnyor statusuna malikdir. Yəni uzunmüddətdə daha çox büdcə və şirkətlə əməkdaşlıq edən agentlikdir.

Kamal Allazov-un portfoliosundakı əsas şirkətlər və gördüyü xidmətlər bunlardır:

  • Kontakt Home (Google reklamı)
  • Baku Electronics (Google reklamı, SEO, Veb Analitika)
  • Soliton (Google reklamı, SEO)
  • Neptun (Google reklamı, SEO)
  • World Telecom (Google reklamı, Veb Analitika)
  • Cafecity, Laquzu, Vivadessert (Google reklamı, SEO, Veb Analitika)
  • və s.

Porfolioda təhsil, startup, e-kommersiya, restoran, FMCG, mobil tətbiq, karqo kimi kateqoriyalar üzrə cəmi 27 şirkət yer alır.

Kamal Allazov “Azerbaijan Digital Marketing Community”-in həmtəsisçisidir. Google mərkəzi ofisində keçirilən 2022 Product Expert Dublin sammitində keçirdiyi tədbirlər və təlim proqramları, iştirak etdiyi konferanslara görə “Google səfiri” mükafatına layiq görülmüşdür.

Product Expert Summit 2022 in Dublin at Google

Marketinq üzrə magistr təhsilini Corvinus University of Budapest-də, Mühasibat uçotu və audit üzrə bakalavr təhsilini UNEC SABAH qruplarında ingilis dilində almışdır. Magistr tezisi “PPC reklamlarında avtomatlaşdırmanın rolu: Google Reklamlarında Ağıllı Təklif Strategiyaları və 3-cü tərəf xidmətlər” barədə olmuşdur.

Hazırda Google reklamları üzrə rəsmi Google Premier Partner-dir. Bununla yanaşı İngilis və Türk dillərində Google Ads Community-də Platinum Product Expert kimi fəaliyyət göstərir.

Vizyon

  • Azərbaycanda rəqəmsallaşmanı sürətləndirmək
  • Google Partner agentlik müsabiqələrində qalib olmaq
  • Rəqəmsal maarifləndirmə işində yer almaq
  • Digital Marketing üzrə qlobal səviyyəli brend olmaq
  • Beynəlxalq səviyyəli konferansların təşkilatçısı olmaq

Missiya

  • Digital avtomatlaşdırma alətləri üzrə startup layihələri həyata keçirmək
  • Digital Marketing icması formalaşdırmaq
  • Yerli və xarici bazar imkanlarından faydalanmaq üçün tədbirlər keçirmək
  • Resurs rolunu oynayacaq layihələr icra etmək
  • Araşdırma və Case Study məqalə müəllifi kimi sektora töhvə vermək
Rəqəmsal marketing xidmətləri

Daim inkişaf edən Digital Marketing bacarıqları…

Rəqəmsal alətlər daim yenilənir, müştəri davranışı dəyişir və yeni optimizasiya üsulları istifadəyə verilir.

Google Reklamları

SEO (Search Engine Optimization)

Rəqəmsal Analitika (Web Analytics)

Digital Marketing Audit

Digital Marketing Strategy

Growth Hacking

Customer Acquisition

Data Visualization & Reporting

Optimization & Automation

Təcrübələr

790

Happy Customers

+30

Brend

9

E-commerce layihəsi

+5 mln USD

İdarə olunan Google reklam büdcəsi

Təcrübələr

Digital Marketing Xidmətlərindən faydalanmaq üçün əlaqə saxlayın

Rəqəmsal Marketinq xidməti almaq istəyirsinizsə qısa brief ilə mənə müraciət edə bilərsiniz. Müraciət etdiyiniz şirkət və hədəfləriniz barədə məlumat verməyi unutmayın.