Əsl peşəkarlar tərəfindən Digital Marketing kursu
Ölçüləbilən, nəticə-əsaslı və effektiv onlayn kommunikasiya vasitəsi olan Rəqəmsal Marketinq üzrə peşəkar olmaq istəyən, sıfırdan strategiya qurmağı və marketinq fəaliyyətini icra etməyi öyrənmək istəyən şəxslər Digital Marketing kursu üçün mənə müraciət edə bilər.
4.8 (12 ratings)
Course Features
Digital Marketing təlimi sizə qatacaq?
Siz kursa qatılaraq peşəkar və təcrübəli müəllimdən dərs almaq imkanı əldə edirsiniz. Nəticədə kursda keçilən digital marketing dərsləri sizə həm rəqəmsal alətlərin istifadəsini, həm də göstəriciləri və funksionallıqları anlamaqda yardımçı olur. Bununla yanaşı layihə idarəçiliyi zamanı sıfırdan digital marketing strategiyası quraraq bütün prosesləri idarə etməyi öyrənirsiniz.
Digital marketing dərslərində həm Google reklamları, həm də orqanik nəticələrlə satışları artırmağı, eləcə də analitik alətlərlə veb sayt məlumatlarını analiz etməyi öyrənəcəksiniz. Rəqəmsal marketinq dərsləri sizə texniki, praktiki və strateji məlumatları öyrədərək real bazar təcrübəsini sizinlə bölüşməyimə imkan yaradacaq.
Kursda təqdim olunacaq faydalı resurslar arasında məşhur bloqlar, müəlliflər, kitablar, PDF resurslar və digital marketing üzrə SEO checklist, Google Ads checklist və digər təlimatlar yer alacaq. Bu mənbələrdən istifadə edərək həm işinizi planlaya, həm də rəqəmsal marketinq fəaliyyətinizə daha rahat nəzarət edə bilərsiniz.
Kurs daxilində hər dərsin sonunda, o cümlədən kursun sonunda sual-cavab üçün vaxt ayrılacaq. İştirakçılar təlim ərzində keçilən dərslərdə onları maraqlandıran məsələlər barədə sual verərək ekspert tərəfindən cavab ala biləcəklər. Bu sessiyalar keçilən dərsin praktikaya tətbiq olunmasında meydana gələn nüansları öyrənməyə yardım edəcək.
ADMC Azərbaycanda yüksək pozisiyalarda işləyən və ən təcrübəli rəqəmsal marketinq mütəxəssislərini özündə birləşdirir. Community liderləri ilə yekun sessiya və müzakirələrlə məzunlar həm netvorkinq imkanlarını genişləndirəcək, həm də top mütəxəssisləri tanıya biləcək. Gələcəkdə iş tapmaq və qarşılıqlı faydalanmaq üçün bu çox önəmlidir.
Google Ads dərsləri ilə biz Google reklamları ilə müştərilərlə düzgün kommunikasiya qurmağı, satışları artırmağı və gəliri artırma metodlarını öyrənəcəyik. Axtarış reklamları, banner reklamları və video reklamlarını düzgün quraşdırmaq və nəticələri optimizasiya etmək üçün ən müasir üsullar iştirakçılara təqdim olunacaq.
SEO dərsləri ilə biz Google axtarış sistemində üst sıralara çıxmaq üçün saytımızın həm məzmun, həm də texniki əksikliklərini aradan qaldırmağı öyrənəcəyik. SEO kursu ilə uzunmüddətli SEO strategiyası tətbiq edərək hədəflərimizə çatmaq üçün nələr edə biləcəyimizi öyrənəcəyik.
Google Analytics aləti ilə saytımızda demək olar ki, bütün istifadəçi fəaliyyəti izləmə imkanı qazanırıq. Google Analytics kursu ilə analitik tənzimləmələri düzgün etməyi və önəmli göstəriciləri izləyərək biznes hədəflərinə çatmağı öyrənəcəyik.
GTM dərsləri ilə sizlə analitik tənzimləmələrdə daha detallı iş görməyə, teqləri bir mərkəzdən idarə etməyə nəzər salacağıq. Saytımızdakı form doldurma, video baxışı, klikləmə və digər fəaliyyətləri izləyərək həm Facebook, həm də Google Ads kimi platformaları bununla bağlı məlumatlandırmağı texniki olaraq öyrənmiş olacaqsınız.
Data vizuallaşdırması ilə bağlı olan Data Studio dərsləri sizə sahib olduğunuz veb və offline məlumatları daha yaxşı təqdim etmə bacarıqları verəcək. Beləcə siz analitik, reklam və digər növ dataları vizuallaşdırma ilə təqdim edə biləcəksiniz.
Digital marketing kursu daxilində keçiləcək SMM dərsləri ilə siz peşəkar və təcrübəli müəllimdən bu sahədə düzgün müştəri hədəfləməsi, satışların artırılması, texniki həllər və optimizasiyalar barədə məlumat əldə edəcəksiniz. Nəticədə siz satışlarınızı və kommunikasiya effektivliyinizi artıra biləcəksiniz.
Testimonials
Digital Marketing xidmətimdən razı qalanlar
Yerli bazarda rəqəmsal marketinq fəaliyyətimlə bir çox tanınmış şirkətə xidmət vermişəm. Digital marketing xidməti ilə bağlı razı qalan əməkdaşların bölüşdükləri:
Bura görünmür
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Qrup
İxtisaslaşmaq üçün qrup təlimlərinə qatılın
Buraya daxildir:
- Google Ads dərsləri
- Google Analytics dərsləri
- Google Tag Manager dərsləri
- SEO dərsləri (Google Search Console və SEO alətləri)
- SMM dərsləri (Facebook və Instagram reklamları)
- Growth hacking metodları
- Veb data analizi və Optimizasiya həlləri
- Digital marketing strategiyasının qurulması və Praktiki təcrübələr
Korporativ
Korporativ digital marketing təlimləri ilə şirkət işçilərinizi rəqəmsallaşdırın.
Buraya daxildir:
- Qrup paketindəki hər şey
Əlavə olaraq:
- Uzunmüddətli digital marketing planının hazırlanması
- Digital marketing üzrə layihə idarəçiliyi təlimi
- Bazar araşdırması
- Təlim müddətində konsultasiya
Rəqəmsallaşma yolunda addım atın
Digital marketing təlimi ilə öz texniki və strateji biliklərinizi artırın. Rəqəmsal dünyanı anlamaqla insanların internet davranışlarını kəşf edin. Şirkət gəlirlərini və müştəri loyallığını artırmaq üçün digital marketing kursundan faydalanmağa tələsin