Rəqəmsal Marketinq barədə
Digital marketing barədə ən çox verilən sualların izahları bu səhifədə yerləşdirilib. Əgər daha detallı məlumat əldə etmək istəyirsinizsə, bloq hissəmizə keçid edə bilərsiniz.
Digital Marketing barədə çox verilən suallar
Digital marketing şirkətlərin öz potensial müştəriləri ilə kommunikasiya yaratmaq üçün online marketinq kanallarından istifadə etmə fəaliyyətinə verilən addır. Rəqəmsal Marketinq olaraq Azərbaycan dilinə tərcümə olunur və buraya sosial mediya, axtarış robotları üzərində reklamlar, banner, video və mobil tətbiq reklamları, e-mail marketinq, rəqəmsal fəaliyyətin effektivliyini artıracaq analitik tənzimləmələr və optimizasiyalar aiddir
Search Engine Optimization mənasına gələn SEO axtarış motorlarında optimizasiya fəaliyyətinə verilən addır. Belə ki, SEO fəaliyyəti ilə Google, Yandex, Bing kimi axtarış alətlərində saytınızın yuxarı sıralarda çıxmasına imkan yaradırsız. SEO xidməti alaraq öz saytınızı həmin axtarış botlarına sizin saytınızın öz kateqoriyasında ən faydalı saytlardan olduğunu göstərmiş olursunuz. Bunun üçün həm texniki, həm də məzmun irəliləyişləri etməlisiniz.
Search Engine Marketing mənasına gələn SEM axtarış motorlarında reklam göstərmə fəaliyyətinə verilən addır. SEM reklamları ilə brendinizi axtarış nəticələrində göstərməklə satışlarınızı artıra, brendinizin tanınırlığını artıra və saytınıza trafik cəlb edə bilərsiniz. SEM reklamı ilə Google, Yandex, Bing kimi axtarış alətlərində saytınızın yuxarı sıralarda pul ödəyərək çıxmasına imkan yaradırsız. SEM reklamları PPC modeli ilə işləyir.
Pay-Per-Click mənasına gələn PPC reklam kliklərinə görə ödəniş edilən platformalardakı reklam fəaliyyətinə verilən ümumi addır. Əsasən axtarış reklamları ilə önə çıxan PPC modeli, günümüzdə banner, sosial mediya reklamları və klik başına ödəmə sistemi ilə işləyən platformalara şamil edilir. PPC dedikdə ölkəmizdə ilk ağla gələn Google reklamlarıdır.
Google Ads – Google reklam platformasıdır. Burada siz internet istifadəçilərin təxminən 90%-ə öz reklam məzmunlarınızı göstərərək həm brendinizi tanıda, həm də satışlarınızı artıra bilərsiniz. Google reklamları effektiv kommunikasiya kanalı kimi istifadə edilə bilər. Siz Google reklamı ilə öz hədəf kütlənizi təyin edərək onlara internetdə müxtəlif veb saytlarda, mobil tətbiqlərdə və videoların daxilində öz məhsul və xidmətlərinizi tanıda bilərsiniz.
Social Media Marketing mənasına gələn SMM Facebook, Instagram, Linkedin və digər online sosial məcralarda potensial müştərilərinizlə qurduğunuz marketinq fəaliyyətinə verilən addır. Beləcə siz həm brendinizin imicini, şirkət dəyərlərinizi auditoriyanıza çatdıra bilər, həm də satış gəlirlərinizi artırmaq üçün sosial mediya reklamlarından faydalana bilərsiniz.
Email marketing şirkətin müştəri bazasına email göndərməklə onlara şəxsə özəl (personalized) məzmunlarla yeni məhsul və xidmətlərini tanıtma, satışlarını artırma və loyallıq yaratmaq fəaliyyətinə verilən addır. Email marketinq əsasən avtomatlaşdırma üzərində qurulur və istifadəçilər saytda öz məlumatlarını daxil etdikdən sonra aktivləşdir. Şirkətlə həm yeni müştərilərə məhsul və xidmət satmaq üçün səbətə atılmış, lakin alışı tamamlanmamış məhsulları göstərir, həm də endirim və kampaniyalar barədə məlumat verərək yeni alışlara təşviq edirlər.
Marketinq avtomatlaşdırması təkrarlanan marketinq tapşırıqlarını avtomatlaşdırmaq fəaliyyətidir. Bunun üçün proqramlar, script kodlar və online alətlərdən istifadə olunur. CRM və email avtomatlaşdırması, reklam hazırlanması və kampaniya avtomatlaşdırması, analiz və hesabatların avtomatlaşdırması kimi bir çox texniki fəaliyyət bura aiddir.
Məzmun marketinqi məqalələr, videolar, podkastlar və digər məzmunları yaratmaq və paylaşmaqla auditoriyanı cəlb etmək, satışı artırmaq və kütləni əldə saxlamaq üçün istifadə olunan bir marketinq strategiyasıdır. Bu yanaşma istifadəçi təcrübəsini artırır, marka şüurunu artırır və satış prosesinə müsbət təsir edir.