Rəqəmsal Analitika Xidməti

Azərbaycan üzrə Google Premier Partner agentliyi tərəfindən peşəkar Rəqəmsal Analitika alın. Saytınızda baş verən bütün müştəri davranışlarını Veb Analitika platformaları vasitəsilə analiz edirik. Bunun üçün saytınızda teq və skriptlərin quraşdıraraq istifadəçi hərəkətlərini detallı izləyir və reklam platformalarında daha yaxşı hədəfləyə bilirik. Düzgün təlimatlarla və analizlərlə fəaliyyətinizi daha effektiv edirik.

30-dan çox brendlə ümumilikdə 4 milyon USD büdcə idarə edən komandamızın təcrübəsindən yararlana bilərsiz.

Rəqəmsal Analitika Xidməti

Google Tag manager Aləti

Google Tag Manager veb sayt və mobil tətbiq də (application) baş verən istifadəçi davranışlarını izləmək və analitika platformalarına ötürmək üçün vasitədir. Daxilində teq və skriptləri saxlayan bu platforma bizə mərkəzləşmiş sistemdən vahid idarəetmə imkanı yaradır.

Google Analytıcs Aləti

Google Analytics davamlı inkişaf edən analitika ekosistemində müştəri davranışlarını analiz üçün imkan yaradır. Google Analytics müxtəlif kanallardan gələn trafiki hesabatlarda birləşdirir və bizə filterləmə, müştəri seqmentasiyası və müxtəlif inteqrasiya imkanları yaradır.

LookeR studıo və hesabatlar

Looker Studio (köhnə adı ilə Data Studio) hesabatları idarəetməyə və müştərilərə təqdim etməyə imkan yaradır. O cümlədən CSV və digər Cloud inteqrasiyaları ilə hesabatları birləşdirərək CRM və E-commerce datalarını birlikdə analiz etməyə imkan yaranır.

Rəqəmsal Analitika Xidmətində nə edirik?

Rəqəmsal Analitika Xidməti daxilindəki proses ardıcıllığı

Rəqəmsal Analitika alətlərinin quraşdırılması

Rəqəmsal Analitika prosesinin ilkin mərhələsində biznes məqsədləri öyrənilir və KPI-lar təyin olunur. Bu KPI-ların izlənilməsi üçün lazım olan izləmə kodları müəyyən edilir və plan çıxarılır. Aşağıdakı faktorlar burada nəzərə alınır:

  • satılan xidmət və ya məhsul növü
  • saytın istifadəçi axını (user flow)
  • ödəniş metodları
  • analitik parametrlərin növləri və s.

Əlavə digər faktorların da müəyyən edilməsi ilə izləniləcək göstəricilər, atribut və parametrlər üzrə Analitik alətlər seçilir. Seçilmiş analitik alətlər üzrə kod və teqlərin yazılması başlanılır. Daha sonra doğru işlənib-işlənilməməsi yoxlanılır (debugging) və hesabatlar, reklam platformaları üzrə inteqrasiya edilir.

rəqəmsal analitika xidməti, reqemsal analitika xidmeti
Rəqəmsal analitika alətlərini quraşdırılması

İzlənilən əsas müştəri fəaliyyətlərinə misal olaraq:

  • pageview (səhifə baxışları)
  • add_to_cart (məhsulun karta atılması)
  • checkout (satış formuna başlanması)
  • purchase (satış)
  • registration (qeydiyyat)
  • form_submission (form doldurulması)
  • video_play (video izləmələri – məs. YouTube etc.)

Rəqəmsal Analitika hesabatları

Rəqəmsal Marketinq kanalları, o cümlədən CRM və E-commerce inteqrasiyaları təmin edilərək hesabatlar hazırlanır. Hesabatların məqsədi əsas biznes məqsədləri, uzunmüddətli və qısamüddətli nəticələr, o cümlədən KPI-ların izlənilməsi üzrə dinamik (realtime) və statik hesabatlar tərtib olunur.

Hesabatlar xidmət paketindən və hesabat növündən asılı olaraq günlük, həftəlik və aylıq olaraq təqdim olunur. Hesabat platformaları olaraq aşağıdakı platform və alətlər istifadə olunur:

  • Google Analytics
  • Yandex Metrika
  • Meta Business Suite
  • Meta Business Reports
  • Looker Studio (Google Data Studio)
  • Google Ads Reports
  • və digər inteqrasiya və API həllər
reqemsal analitika xidmeti, rəqəmsal analitika xidməti
Rəqəmsal analitika hesabatları
rəqəmsal analitika xidməti, reqemsal analitika xidmetleri
Analiz və optimizasiya mərhələsi

Rəqəmsal Analitika analiz və optimizasiyaları

Rəqəmsal Analitika xidmətinin əsas məqsədi analiz və təlimatların verilməsi ilə fəaliyyətin effektivliyinin artırılmasıdır. Analizlər deyildikdə burada aşağıdakı faktorların araşdırılması nəzərdə tutulur:

  • Satış üçün ən effektiv rəqəmsal kanalların tapılması
  • Gəlir və ROI cəhətdən effektiv hədəf seqmentinin tapılması
  • Müştərilərin sayt üzrə hərəkət axını (sessiya təkrarı, heatmap, click map və s.)
  • Veb səhifələr üzrə effektivlik
  • Reklam platformaları üzrə rəqabət analizi
  • SEO üzrə açar sözləri və satış analizləri
  • Google Ads üzrə açar sözləri, auditoriya və effektivlik analizləri
  • Facebook və Instagram reklam auditləri

Rəqəmsal Analitika Xidməti üzrə Paketlər

Rəqəmsal Analitika Xidməti

Rəqəmsal Analitika xidmətini almaq üçün xidmət paketləri burada qeyd olunmuşdur. Keyfiyyətin tam təmin olunması üçün qiymətdə endirim edilmir, yalnız uzunmüddətli müqavilələr zamanı əlavə xidmətlər satılması halında (SEO, Rəqəmsal Analitika, Sosial Media Reklam xidmətləri kimi) qiymət güzəşti edilə bilər.

₼1500 /aylıq

  • Biznes məqsədləri üzrə KPI-ların təyini, nəticələrin analizi və optimizasiyası
  • Marketinq kanalları üzrə conversion setup (satış, qeydiyyat və form doldurulması kimi fəaliyyətlərin izlənilməsi)
  • GA4 və digər analitik alətlərin quraşdırılması
  • SEO, PPC və SMM auditlərin edilməsi
  • Texniki və məzmun təlimatı
  • Aylıq hesabat iclası
  • Dinamik realtime hesabatlar
  • Aylıq optimizasiya təklifləriA
  • Aylıq təlimatlar

₼2500 /aylıq

  • Biznes məqsədləri üzrə KPI-ların təyini, nəticələrin analizi və optimizasiyası
  • Marketinq kanalları üzrə conversion setup (satış, qeydiyyat və form doldurulması kimi fəaliyyətlərin izlənilməsi)
  • GA4 və digər analitik alətlərin quraşdırılması
  • SEO, PPC və SMM auditlərin edilməsi
  • Texniki və məzmun təlimatı
  • Aylıq hesabat iclası
  • Dinamik realtime hesabatlar
  • Həftəlik optimizasiya təklifləri
  • Həftəlik görüşlər və təlimatlar
  • Günlük monitorinq
  • E-commerce və Product Analitikası

+₼5000 /aylıq

  • Qarşılıqlı razılaşdırılmış şərtlər

Rəqəmsal Marketinq xidmətindən razı qalanlar

Digital Marketing Xidməti verdiyimiz şirkətlərin nümayəndələri gördüyüm işlər və şirkətə qazandırdığım dəyər haqqında müsbət fikirdədirlər.

Kamal Allazov ilə əməkdaşlığımız ərzində Google reklamları üzrə yeni optimizasiya metodlarından istifadə etdik. Proseslərimizi avtomatlaşdıraraq həm pandemiya dövrünə qədər, həm də pandemiyadan sonra reklam xərclərimizə xeyli qənaət etdik. Onlayn satışlarımızın artmasında Kamalın rolu böyükdür.
Anar Heravasov
Digital Marketing Director
Kontakt Home
Kamal bəydən aldığımız Digital Marketing xidmətləri çərçivəsində Google reklam və SEO xidmətləri ilə Cafecity, LaQuzu, Qız Qalası restoranlarının və Vivadessert mobil tətbiqinin tanıtımını uğurla həyata keçirə bildik.
Sitarə Abdullayeva
Marketing Manager
Cafecity
Kamal Allazovun SEO, Veb analitika və Reklam strategiyasındakı fəaliyyəti pandemiya dövründə satışların ciddi şəkildə artırdı. Bazarda E-commerce-ə artan tələbatdan faydalana bildik. Görülən işlər rəqəmsalda uzunmüddətli yaxşı nəticələr əldə etməyimizə səbəb oldu.
Nizami Rzayev
Head of the Website Managements Division
Baku Electronics
Soliton mağazaları və Neptun supermarketlər şəbəkəsinin Google reklamları və Rəqəmsal Analitika fəaliyyəti üçün Kamal bəyin xidmətindən yararlandıq. Detallı hesabatlar və görülən reklam fəaliyyəti ilə olduqca razıyıq. Fəaliyyətində uğurlar arzu edirik
Emil Əmirov
Creative Director
Soliton

Niyə Rəqəmsal Analitika Xidməti?

Rəqəmsal Analitika xidmətimiz sizə hansı həlləri təklif edir? Bir çox biznes Rəqəmsal Analitika xidmətindən istifadə etməklə qeyd olunan həllərdən imkanlardan bilər.

Rəqəmsal analitika platformaları vasitəsilə saytımızda və mobil tətbiqdə baş verən bütün müştəri davranışlarını izləyə bilirik. Nəticədə müştəriləri davranış, texnoloji və demoqrafik parametrlərinə görə seqmentləşdirə və rəqəmsal reklam platformalarında hədəfləyə bilirik. Bununla yanaşı CRM və E-commerce dataları ilə inteqrasiyalar edərək proqnoz analitikası (predictive analytics) metodlarının tətbiqinə imkan yaranır.

Rəqəmsal Analitika xidməti ilə reklam platformaları arasında data inteqrasiyası təmin edilir. Reklamdan gələn bütün nəticələr reklam göstəriciləri ilə birləşdirilir. Nəticədə tərtib olunan hesabatlarda mənfəət, ROI və ROAS göstəriciləri analiz oluna bilir. Bu proses effektiv kanalları təyin edərək büdcə bölgüsünü daha düzgün aparmağa imkan yaradır.

Rəqəmsal analitika platformaları uzunmüddətli inkişaf proqnozu aparmağa şərait yaradır. Qısa müddətdə əldə olunan datalar əsasında biz 6 ay – 1 il üçün proqnoz verə bilirik. Təbii ki, mövsumi dəyişikliklər və şöbələrin effektiv işləməsi bu proqnoza təsir edə bilər. Lakin zəngin bazar təcrübəsi əsasında bu proqnoz həqiqətə yaxın olur.

kamal allazov at superweek
Superweek 2022 – European Analytics Summit