Əsl peşəkarlar tərəfindən Digital Marketing kursu

  • 40+ Students
  • 70 hours
  • 9 Reviews

Ölçüləbilən, nəticə-əsaslı və effektiv onlayn kommunikasiya vasitəsi olan Rəqəmsal Marketinq üzrə peşəkar olmaq, sıfırdan strategiya qurmağı və marketinq fəaliyyətini icra etməyi öyrənmək istəyən şəxslər Digital Marketing kursları üçün mənə müraciət edə bilər.

4.9 (33 ratings)

Google Reklamları üzrə Partner

kamal allazov google reklam xidmeti, digital marketing xidmeti
Course Features
  • +70 saatlıq digital marketing dərsləri
  • Ən faydalı resurslar və mənbələr
  • PDF və checklist resurslar
  • Kurs ərzində sual-cavab sessiyaları
  • Google və Facebook tərəfindən rəsmi guide-lar
  • Müasir rəqəmsal marketinq alətləri ilə işləmək
  • Ekspert tərəfindən nailiyyətlə bitirmə diplomu (Rəsmi Möhürlü və Fərqlənmə üzrə ayrı diplom)
  • MENTOR dəstəyi (aktiv ev tapşırıqları və sual-cavab sessiyaları)

Digital Marketing kursu sizə nə qatacaq?

  • Digital marketing kursları SEO, Google Ads, SMM və Veb Analitika sahələrini sizə öyrədir. Kursumuzda ən populyar digital marketinq alətlərini effektiv istifadə etməyi öyrənirsiz. Beləcə Rəqəmsal strategiyanı marketinq və biznes keyslərinə tətbiq edə bilirsiz.
  • Digital Marketing göstəriciləri arasındakı əlaqələri və veb analitika məlumatlarını anlamaq üçün analitik düşünmə metodlarını mənimsəyəcəksiniz.
  • Google Ads, Search Console, Google Analytics, Google Tag Manager, Data vizuallaşdırması və Social Media Marketing – SMM dərsləri ilə irəli səviyyə texniki və rəqəmsal biliklər əldə edəcəksiniz.
  • İri büdcəli layihələdən gələn təcrübələri bölüşdüyüm praktiki dərslərdən yararlanaraq digital marketing strategiyası quraraq fərqli kanallar üzrə effektiv nəticələr alma yollarını öyrənəcəksiniz.
Digital marketing kursu

Digital Marketing kursu sillabusu

  • Digital Marketing sahəsi barədə ilkin məlumatlar
  • Klasik və Digital Marketing-in əsas fərqləri
  • Digital Marketing alətləri və əsas terminlər
  • Digital kanalların biznesə təsiri və istifadə imkanları
  • SEO nədir?
  • SEO-un digital marketing fəaliyyətindəki əhəmiyyəti
  • SEO copywriting
  • Vacib resurslar (xarici dillərdə və Azərbaycan dilində resurs dəstəyi)
  • Açar sözü araşdırması
  • Meta Data üzrə optimizasiya
  • SEO yönümlü Məzmun strategiyasının qurulması
  • Fərqli sektorlar üzrə Optimizasiya metodları
  • Texniki SEO və Search Console istifadəsi
  • Internal Linking və Backlink-lər
  • Page Experience və SEO audit alətləri (Screaming Frog, SEMrush)
  • Media saytları üzərində praktiki keyslər
  • Blog və xidmət sektoru üzərindən SEO keysləri
  • E-commerce və satış üzərindən SEO optimizasiya metodları
  • WordPress SEO və AdSense ilə pul qazanma metodları
  • SEO vs Google Ads
  • Reklam üçün Açar sözü araşdırması
  • Axtarış kampaniyası yaratmaq
  • Bidding strategiyaları üzrə ən müasir həllər
  • Auksiyon, Quality Score, CPA və ROAS analizləri
  • Quality Score-u maksimallaşdırma üsulları
  • Ad Rank üzrə detallı analiz və optimizasiya metodları
  • Sitelinklərin geniş izahı və nəticələrə müsbət təsiri
  • GDN kampaniyası yaratmaq
  • Reklam növləri və hədəfləmə
  • Topic, Audience və Placement hədəfləməsi üzrə fərqli sektorlar üzrə ən yaxşı praktikalar
  • Video kampaniyası yaratmaq
  • Reklam növləri və hədəfləmə
  • Bumper, Skippable və Unskippable reklamları üzrə ən yaxşı praktikalar
  • Discovery və Performance max kampaniyaları
  • Ən faydalı trafik, brend imici və satış reklam növləri üzrə praktiki nümunələr
  • Texniki quraşdırmalar (Conversion setup, Audience manager, IP exclusions, Google Analitika ilə əlaqələndirmə)
  • Kontent optimizasiyası (Landing Page optimizasiyası üzrə təlimatların hazırlanması, Reklam məzmununun məqsədə görə doğru planlanması)
  • Analizlər (Faydalılıq əmsalları və xüsusi indikatorlar, Sezon satışlarına görə xərclərə qənaət, Bazar giriş strategiyası və addım-addım analizlər)
  • Premier Partnyor üzrə özəl treyninqə aid bonus materiallar
  • Facebook Ads Manager & Business Manager qurulması və tənzimləmələr
  • Facebook və Instagram reklam formatları və düzgün kontentin yaradılması
  • Kontent planı, kopiraytinq və satış gətirən məzmun strategiyasının hazırlanması
  • Facebook Business Manager funksiyalarının tam izahı
  • Business Manager hesabının təsdiq edilməsi
  • Ads Manager funksiyalarının tam izahı
  • Reklam hədəfləməsi və bütün növ reklam kampaniyaların qurulması (Brend imici, trafik, conversion, lead və s.)
  • Pixel və Offline eventlər
  • Custom auditoriyalar, Lookalike və remarketing istifadəsi
  • Chatbotlar və developers.facebook platformu
  • Kataloq və e-commerce satış reklamları üzrə tənzimləmələr
  • Linkedin reklamları & Auditoriya analizi
  • Linkedin üzərindən satış və lead optimizasiyası
  • Reklam nəticələrinin analizi və satışın hesablanması
  • Praktiki Tapşırıq
  • Google Analytics 4 və Google Tag Manager hesablarının yaradılması
  • İzləmə kodlarının sayta quraşdırılması
  • Realtime hesabatlar
  • Goal və Event quraşdırmaq
  • Conversion quraşdırılması
  • Audience hesabatı
  • Acquisition hesabatı
  • Google Ads hesabatları
  • Behaviour hesabatı
  • Seqmentasiya və xüsusi auditoriyalar
  • SEO məqsədli Analitik hesabatlar
  • SMM məqsədli Analitik hesabatlar
  • E-commerce keys analizləri
  • B2B və B2C analiz və nəticələrin çıxarılması
  • Looker Studio-a giriş
  • Template şablonların istifadəsi
  • Metric və Dimensionların ətraflı izahı
  • Hesabatlarda filter, chart, cədvəl və digər bütün funksionallıqların ətraflı izahı
  • Search Console inteqrasiyası
  • SEO hesabatların hazırlanması
  • Google Ads inteqrasiyası
  • Google Analytics inteqrasiyası
  • Reklam analizləri üçün vizual təsvirlərin hazırlanması
  • E-commerce dashboardun qurulması
  • Digər Data Resursları üzrə praktikalar
  • Təcrübəli mentorlarla həftəlik görüşlər və workshoplar
  • BONUS Dərslər (Content marketinqi, WordPress, Internetdən pul qazanmaq)
  • Biznes seminarları masterklaslarda iştirak imkanı
  • Ev tapşırıqları və modullar üzrə qrup işləri
  • Yekun kurs işi və təqdimat bacarıqlarının artırılması
  • Karyera üzrə istiqamət və məsləhətlər
  • Personal branding dəstəyi
brend və şirkət təcrübəsi
digital marketing xidmeti budce teyini, reqemsal marketinq xidmeti budce teyini kamal allazov
digital marketing xidmeti budce teyini, reqemsal marketinq xidmeti budce teyini

Rəqəmsal marketinq kursu üçün qeydiyyatdan keçin

Digital marketing kursu müəllimləri

Digital Marketing Kursu müəllim heyəti

Azərbaycanda digital marketing sahəsi üzrə peşəkarları formalaşdıran dəyərli müəllim heyətimiz

Kamal Allazov

Azerconnect – Digital Marketing Expert
Google Premier Partner
Digital marketing kursunda müəllimlərdən biridir. Techmark Academy-nin rəhbəri və rəqəmsal marketinq program rəhbəridir.
farida karimli digital marketing course teacher, digital marketing kursu

Fəridə Kərimli

Marketing Manager, Azal Club
Fəridə Kərimli Meta sertifikatlı digital marketing mütəxəssisidir. O, Digital Marketing kursumuzda Sosial Mediya Marketinq modulunu tədris edir.

Anar Rüstəmli

Digital Marketing Manager
Digital marketing kursumuzda texniki SEO və SMM üzrə texniki quraşdırmaları Anar Rüstəmli tədris edir.

Digital Marketing Kursu elanımız

4 aylıq Digital Marketing Kursumuz ölkədə ən peşəkar təlimlərdən biri olacaq. Buna zəmanət veririk! Çünki bu təlimdə sektorun peşəkarları sizinlə ÇOX ÇEŞİDLİ təcrübələrini bölüşəcək.

Digital Marketing kursunu bitirən iştirakçılara Rəsmi Möhürlü FƏRQLƏNMƏ MƏZUN diplomları veriləcək.

Digital marketing kurs təlimçiləri:

Kamal Allazov (Azerconnect – Digital Marketing Expert) – Google Premier Partner – son 5 ildə 30-dan çox brend, 10-dan çox sektorda 5mln-dan çox reklam büdcəsi idarə edib və sizinlə bölüşəcək çox şeyi var. E-commerce, təhsil, restoran biznesləri, karqo, aero space və bir çox sahə üzrə rəqəmsal marketinq təcrübəsinə sahibdir. Eyni zamanda Google Ads üzrə Platinum Product Expertdir.

Anar Rustamli – (APA GROUP – Head of Digital) 6 ildən artıq rəqəmsal marketinq təcrübəsində logistika, tibb, e-commerce, təhsil, oyun, geyim, restoran, inşaat, travel, qida, media və xəbər kimi sahələrdə xidmət göstərmişdir. Eyni zamanda rəqəmsal komandanın hazırlanması və idarəsi, komanda və partnyorlarla kommunukassiyanın qurulması, iş prosesini operativ şəkildə təşkili mövzularında ciddi təcrübəyə malikdir. Hazırda 22 nəfərlik komandanın rəhbəridir.

Farida Karimli (AZAL Club – Marketing Manager) – Meta Certified Media Buyer. Fərqli sektorlar üzrə 25-dən çox brend/şirkətlə çalışmışdır. Azal Club-da Marketing Specialist olaraq çalışır. E-ticarət, logistika, geyim, agentlik, tibb və aviasiya sahəsində rəqəmsal marketinq təcrübələrinə malikdir.

Digital marketing kursları üstünlükləri

Digital marketing kursumuzda hər dərsdən sonra quiz testlər, həftəlik mentor görüşləri, tam praktiki ev tapşırıqları və sizə özəl seminarlarla müəllim heyətimiz sizə daim dəstək olur. Təlim əsnasında bilmədiyiniz və qaranlıq qalan heç bir məqama yer verilmir. Mentorlarımızla tanış olun:

Zamiq Zadə – PMD şirkətində Digital Marketing Team Leader olaraq çalışır. FMCG, pərakəndə, startup, agentlik, media, mebel, avtomobil və qida sektoru daxil ümumilikdə 11 sektor üzrə rəqəmsal marketinq təcrübələrinə malikdir.

Gunay Farzaliyeva – OMD Worlwide şirkətində Digital Marketing Manager olaraq çalışır. B2B, media, qida, avtomobil, maliyyə, təhsil sektoru daxil ümumilikdə 9 sektor üzrə rəqəmsal marketinq təcrübələrinə malikdir. Meta Certified mütəxəssisdir.

Digital marketing kurs saatları

Dərslər 19.00-21.00 saatlarında qrup şəklində keçilir. 2-5, 1-3-cü günlər üzrə qruplar formalaşdırılır. Yalnız həftəsonu vaxtı olanlar üçün də qrup formalaşdırıla bilər!

Təlim əyani (oflayn) formatda keçirilir, lakin onlayn qatılma imkanı da mövcuddur. Eyni zamanda bütün dərslərin recordingi sizə təqdim olunur.

Rəqəmsal Marketinq kursu 4 ay davam edir. Qeydiyyatdan keçərək ödəniş şərtləri barədə məlumat əldə edə bilərsiniz. Korporativ rəsmi və fərdi əməkdaşlar rahatlıqla qeydiyyat edə bilərlər.

Digital marketing kurs Videoları

Təlimçinin videoları

Superweek Analytics Conference 2023
Superweek Analytics Conference 2022

Digital Marketingi Ekspertlərdən öyrənin

Google Partner və Google Ads üzrə Gold Product Expert-dən digital marketing dərsləri alın. Bazar təcrübəsi və qlobal trendləri öyrənin

Digital Marketing bacarıqlarınızla öndə olun

Texniki və strateji biliklərinlə öz həmkarlarından 1 addım öndə olun. Digital marketing təlimi ilə ən müasir standartlarda bilik əldə edin

4 ay ərzində Digital Marketing Professional olun

Öz sahənizdə ixtisaslaşmaq imkanını qaçırmayın. Digital marketing kursları ilə yüksək səviyyəli mütəxəssislər olma imkanı əldə edin

Rəqəmsal Marketinq kursu

Digital Marketing xidmətimdən razı qalanlar

Yerli bazarda rəqəmsal marketinq fəaliyyətimlə bir çox tanınmış şirkətə xidmət vermişəm. Digital marketing xidməti ilə bağlı razı qalan əməkdaşların bölüşdükləri:

5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Kamal Allazov ilə əməkdaşlığımız ərzində Google reklamları üzrə yeni optimizasiya metodlarından istifadə etdik. Proseslərimizi avtomatlaşdıraraq həm pandemiya dövrünə qədər, həm də pandemiyadan sonra reklam xərclərimizə xeyli qənaət etdik. Onlayn satışlarımızın artmasında Kamalın rolu böyükdür.
Anar Heravasov
Digital Marketing Director
Kontakt Home
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Onneks Lab şirkətindən aldığımız Digital Marketing xidmətləri çərçivəsində Kamal Allazovun göstərdiyi Google reklam və SEO xidmətləri ilə Cafecity, LaQuzu, Qız Qalası restoranlarının və Vivadessert mobil tətbiqinin tanıtımını uğurla həyata keçirə bildik.
Sitarə Abdullayeva
Marketing Manager
Cafecity
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Kamal Allazov ilə əməkdaşlıq çərçivəsində SEO, Veb analitika və Reklam strategiyasındakı fəaliyyəti pandemiya dövründə satışların ciddi şəkildə artırdı. Bazarda E-commerce-ə artan tələbatdan faydalana bildik. Görülən işlər rəqəmsalda uzunmüddətli yaxşı nəticələr əldə etməyimizə səbəb oldu.
Nizami Rzayev
Deputy Director of
E-commerce Department
Baku Electronics
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Soliton mağazaları və Neptun supermarketlər şəbəkəsinin Google reklamları və Rəqəmsal Analitika fəaliyyəti üçün Kamal bəyin xidmətindən yararlandıq. Detallı hesabatlar və görülən reklam fəaliyyəti ilə olduqca razıyıq. Fəaliyyətində uğurlar arzu edirik
Emil Əmirov
Creative Director
Soliton

Digital Marketing kursu barədə suallar

Azərbaycanda digital marketing kursları axtaran hər kəs bu suallara cavab axtarır. Bəs rəqəmsal marketinq kursu üçün nələri bilmək lazımdır?

Siz kursa qatılaraq peşəkar və təcrübəli müəllimdən dərs almaq imkanı əldə edirsiniz. Nəticədə kursda keçilən digital marketing dərsləri sizə həm rəqəmsal alətlərin istifadəsini, həm də göstəriciləri və funksionallıqları anlamaqda yardımçı olur. Bununla yanaşı layihə idarəçiliyi zamanı sıfırdan digital marketing strategiyası quraraq bütün prosesləri idarə etməyi öyrənirsiniz.

Rəqəmsal marketinq kursu üzrə dərslərdə həm Google reklamları, həm də orqanik nəticələrlə satışları artırmağı, eləcə də analitik alətlərlə veb sayt məlumatlarını analiz etməyi öyrənəcəksiniz. Rəqəmsal marketinq dərsləri sizə texniki, praktiki və strateji məlumatları öyrədərək real bazar təcrübəsini sizinlə bölüşməyimə imkan yaradacaq.

Kursda təqdim olunacaq faydalı resurslar arasında məşhur bloqlar, müəlliflər, kitablar, PDF resurslar və digital marketing üzrə SEO checklist, Google Ads checklist və digər təlimatlar yer alacaq. Bu mənbələrdən istifadə edərək həm işinizi planlaya, həm də rəqəmsal marketinq fəaliyyətinizə daha rahat nəzarət edə bilərsiniz.

Kurs daxilində hər dərsin sonunda, o cümlədən kursun sonunda sual-cavab üçün vaxt ayrılacaq. İştirakçılar təlim ərzində keçilən dərslərdə onları maraqlandıran məsələlər barədə sual verərək ekspert tərəfindən cavab ala biləcəklər. Bu sessiyalar keçilən dərsin praktikaya tətbiq olunmasında meydana gələn nüansları öyrənməyə yardım edəcək.

Mentorlarımız ölkədə 20-dən çox sektorda çalışan təcrübəli rəqəmsal marketinq mütəxəssisləridir. Mentorlarımızın məqsədi tələbələrin dərsi daha yaxşı mənimsəmələri

Google Ads dərsləri ilə biz Google reklamları ilə müştərilərlə düzgün kommunikasiya qurmağı, satışları artırmağı və gəliri artırma metodlarını öyrənəcəyik. Digital marketing kursunun önəmli hissəsini təşkil edən bu modulda siz müxtəlif mövzuları öyrənirsiz. Axtarış reklamları, banner reklamları və video reklamlarını düzgün quraşdırmaq və nəticələri optimizasiya etmək üçün ən müasir üsullar iştirakçılara təqdim olunacaq.

SEO dərsləri ilə biz Google axtarış sistemində üst sıralara çıxmaq üçün saytımızın həm məzmun, həm də texniki əksikliklərini aradan qaldırmağı öyrənəcəyik. SEO kursu ilə uzunmüddətli SEO strategiyası tətbiq edərək hədəflərimizə çatmaq üçün nələr edə biləcəyimizi öyrənəcəyik.

Digital marketing kursu daxilində keçiləcək SMM dərsləri ilə siz peşəkar və təcrübəli müəllimdən bu sahədə düzgün müştəri hədəfləməsi, satışların artırılması, texniki həllər və optimizasiyalar barədə məlumat əldə edəcəksiniz. Nəticədə siz satışlarınızı və kommunikasiya effektivliyinizi artıra biləcəksiniz.

Google Analytics aləti ilə saytımızda demək olar ki, bütün istifadəçi fəaliyyəti izləmə imkanı qazanırıq. Google Analytics kursu ilə analitik tənzimləmələri düzgün etməyi və önəmli göstəriciləri izləyərək biznes hədəflərinə çatmağı öyrənəcəyik.

GTM dərsləri ilə sizlə analitik tənzimləmələrdə daha detallı iş görməyə, teqləri bir mərkəzdən idarə etməyə nəzər salacağıq. Saytımızdakı form doldurma, video baxışı, klikləmə və digər fəaliyyətləri izləyərək həm Facebook, həm də Google Ads kimi platformaları bununla bağlı məlumatlandırmağı texniki olaraq öyrənmiş olacaqsınız.

Data vizuallaşdırması ilə bağlı olan Data Studio dərsləri sizə sahib olduğunuz veb və offline məlumatları daha yaxşı təqdim etmə bacarıqları verəcək. Beləcə siz analitik, reklam və digər növ dataları vizuallaşdırma ilə təqdim edə biləcəksiniz.

Bura görünmür

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Entrepreneurship: How To Start A Business From Business Idea
  • 14k+ Students
  • 15h 20min
$445
8 Ways to Prevent Your Business from Failing
  • 14k+ Students
  • 15h 20min
$219

Rəqəmsallaşma yolunda addım atın

Digital marketing kursu ilə öz texniki və strateji biliklərinizi artırın. Rəqəmsal dünyanı anlamaqla insanların internet davranışlarını kəşf edin. Şirkət gəlirlərini və müştəri loyallığını artırmaq üçün digital marketing kursundan faydalanmağa tələsin