Google Reklam Xidməti
Azərbaycan üzrə Google Premier Partner agentliyi tərəfindən peşəkar Google Ads xidməti alın. Google reklamları biznesinizi böyütmək və yeni reklam kanalları ilə müştərilərinizə çatmaq üçün ən ideal vasitələrdən biridir.
30-dan çox brendlə ümumilikdə 4 milyon USD büdcə idarə edən komandamızın təcrübəsindən yararlana bilərsiz.
Google Axtarış Reklamları
Google Search reklamları ilə internet istifadəçilərinin Google axtarış sistemində axtardıqları sözlərə görə reklam göstərə bilərsiniz. Google reklam xidməti ilə ən çox satış potensialı olan axtarış sizə keyfiyyətli trafik əldə etmək imkanı yaradır.
Google Banner reklamları
Google Display kampaniyalar vasitəsilə ilə banner, animasiya və responsive görüntülü reklamlar verə bilərsiz. Google reklam xidməti ilə internet istifadəçilərinin təxminən 90%-ə çatmaq imkanı verən bu kanalda siz auditoriyanı demoqrafik, texnoloji və davranış parametrlərinə görə hədəfləyə bilərsiz.
Google Video Reklamları
Google Video reklamları ilə YouTube və vebsaytlarda video izlərkən istifadəçilərə öz məhsul və xidmətlərinizi tanıda bilərsiz. Google reklam xidmətimiz ilə video kampaniyaları yayımlayaraq hədəf kütləsini, reklamın göstəriləcəyi YouTube kanalını və digər parametrləri seçə bilərsiz.
Google Reklam Xidmətində nə edirik?
Google Reklamlarının Üstünlükləri
Google reklam xidməti üçün məqsədlər
Google Reklamları strateji alətdir
Google reklamları biznes hədəflərinizə çatmaq üçün marketinq strategiyanızın mühüm bir parçasıdır. Google reklam xidmətində öncəliklə müştəri davranışı və bazar araşdırması edərək ilkin məlumat bazası formalaşdırılır. Köhnə reklam nəticələriniz və saytdakı məlumatlarınızla birgə qısa və uzunmüddətli reklam strategiyası müəyyən edilir. Reklam məqsədinə uyğun olaraq hazırlanır və təlimatlar verilərək icra prosesinə başlanılır.
Google reklam xidməti
Google reklam xidmətimizə daxil olan işlər və qiymətlər barədə aşağıdakı xidmət paketləri bölməsində tanış ola bilərsiz.
Brend İmicini artırmaq
Google reklam xidməti milyonlarla istifadəçiyə çatmaq üçün ən ideal seçimdir. Banner, Video və Axtarış reklamları ilə reklamlarınıza ancaq klikləyən və ya ancaq videonuza baxan istifadəçilərə görə ödəniş edə bilərsiz. Ən effektiv büdcə optimizasiya üsulları ilə brendinizi yaddaqalan etməyə imkan yaradırıq. Ən müasir və birbaşa Google tərəfindən verilən məzmun təlimatları ilə reklamlarınızın effektivliyini artırırıq.
Sayt trafikini artırmaq
Reklamlarınızla vebsayt trafikini artıraraq istifadəçi bazası formalaşdıra, yeni vebsaytınızın performansını ölçə və məhsul/xidmətlərinizi tanıda bilərsiniz. Google reklam xidməti ilə məhsullarınıza baxan istifadəçiləri yenidən hədəfləyərək onları satışa yönləndirə bilərsiniz. Google reklamları ilə keyfiyyətli trafik cəlb etməklə birbaşa məhsul səhifələrinə yüksək satış potensiallı kütləni cəlb edə bilərsiz.
Satışı artırmaq
Məhsul və xidmətlərinizin satışını artırmaq üçün Google reklamları effektiv istifadə oluna bilər. Biz müştəri personaları üzrə analiz edir, istifadəçi davranışları üzrə bazar trendlərini araşdırır, saytınızdakı fəaliyyəti və köhnə reklam nəticələrinizi analiz edərək yol xəritəsi təyin edirik. Nəticədə satışlarınızı artıracaq ən optimal kampaniya növləri, məzmunlar, hədəf kütləsi üzərində işləməklə fərqi sizə hiss etdirə bilirik.
Bazar payını artırmaq
Ən təcrübəli olduğumuz sahə bazar payının böyüdülməsi üzrədir. Google Premier Partner təlim proqramı ilə indi bunu daha müasir üsullarla və uzunmüddətli partnyorlarımızla həyata keçiririk. Growth Strategy adlandırdığımız bu strategiya 1.5-2 il ərzində yol xəritəsi müəyyən edilərək ən səmərəli büdcə optimizasiya üsulları ilə şirkətlərin bazar payını genişləndirməyə kömək edir.
Google Reklam Xidməti üzrə Paketlər
Google reklam xİdməTİ
Paketlər xərclədiyiniz reklam büdcəsi və yaradılacaq kampaniya sayına görə dəyişir. İşin həcmi və nəticələrin optimizasiyası üçün texniki və insan resursu əsasən bu iki faktora görə müəyyən edilir. Keyfiyyətin tam təmin olunması üçün qiymətdə endirim edilmir, yalnız uzunmüddətli müqavilələr zamanı əlavə xidmətlər satılması halında (SEO, Rəqəmsal Analitika, Sosial Media Reklam xidmətləri kimi) qiymət güzəşti edilə bilər.
₼1500 /aylıq
₼2500 /aylıq
₼4000 /aylıq
+₼5000 /aylıq
Rəqəmsal Marketinq xidmətindən razı qalanlar
Digital Marketing Xidməti verdiyimiz şirkətlərin nümayəndələri gördüyüm işlər və şirkətə qazandırdığım dəyər haqqında müsbət fikirdədirlər.
Niyə Google Reklam Xidməti?
Google reklam xidmətimiz sizə hansı həlləri təklif edir? Bir çox biznes Google Ads xidmətimizdən istifadə etməklə burada qeyd olunan həllərdən faydalana bilər.