Rəqəmsal Analitika Xidməti
Azərbaycan üzrə Google Premier Partner agentliyi tərəfindən peşəkar Rəqəmsal Analitika alın. Saytınızda baş verən bütün müştəri davranışlarını Veb Analitika platformaları vasitəsilə analiz edirik. Bunun üçün saytınızda teq və skriptlərin quraşdıraraq istifadəçi hərəkətlərini detallı izləyir və reklam platformalarında daha yaxşı hədəfləyə bilirik. Düzgün təlimatlarla və analizlərlə fəaliyyətinizi daha effektiv edirik.
30-dan çox brendlə ümumilikdə 4 milyon USD büdcə idarə edən komandamızın təcrübəsindən yararlana bilərsiz.

Google Tag manager Aləti
Google Tag Manager veb sayt və mobil tətbiq də (application) baş verən istifadəçi davranışlarını izləmək və analitika platformalarına ötürmək üçün vasitədir. Daxilində teq və skriptləri saxlayan bu platforma bizə mərkəzləşmiş sistemdən vahid idarəetmə imkanı yaradır.
Google Analytıcs Aləti
Google Analytics davamlı inkişaf edən analitika ekosistemində müştəri davranışlarını analiz üçün imkan yaradır. Google Analytics müxtəlif kanallardan gələn trafiki hesabatlarda birləşdirir və bizə filterləmə, müştəri seqmentasiyası və müxtəlif inteqrasiya imkanları yaradır.
LookeR studıo və hesabatlar
Looker Studio (köhnə adı ilə Data Studio) hesabatları idarəetməyə və müştərilərə təqdim etməyə imkan yaradır. O cümlədən CSV və digər Cloud inteqrasiyaları ilə hesabatları birləşdirərək CRM və E-commerce datalarını birlikdə analiz etməyə imkan yaranır.
Rəqəmsal Analitika Xidmətində nə edirik?
Rəqəmsal Analitika Xidməti daxilindəki proses ardıcıllığı
Rəqəmsal Analitika alətlərinin quraşdırılması
Rəqəmsal Analitika prosesinin ilkin mərhələsində biznes məqsədləri öyrənilir və KPI-lar təyin olunur. Bu KPI-ların izlənilməsi üçün lazım olan izləmə kodları müəyyən edilir və plan çıxarılır. Aşağıdakı faktorlar burada nəzərə alınır:
- satılan xidmət və ya məhsul növü
- saytın istifadəçi axını (user flow)
- ödəniş metodları
- analitik parametrlərin növləri və s.
Əlavə digər faktorların da müəyyən edilməsi ilə izləniləcək göstəricilər, atribut və parametrlər üzrə Analitik alətlər seçilir. Seçilmiş analitik alətlər üzrə kod və teqlərin yazılması başlanılır. Daha sonra doğru işlənib-işlənilməməsi yoxlanılır (debugging) və hesabatlar, reklam platformaları üzrə inteqrasiya edilir.

İzlənilən əsas müştəri fəaliyyətlərinə misal olaraq:
- pageview (səhifə baxışları)
- add_to_cart (məhsulun karta atılması)
- checkout (satış formuna başlanması)
- purchase (satış)
- registration (qeydiyyat)
- form_submission (form doldurulması)
- video_play (video izləmələri – məs. YouTube etc.)
Rəqəmsal Analitika Xidməti üzrə Paketlər
Rəqəmsal Analitika Xidməti
Rəqəmsal Analitika xidmətini almaq üçün xidmət paketləri burada qeyd olunmuşdur. Keyfiyyətin tam təmin olunması üçün qiymətdə endirim edilmir, yalnız uzunmüddətli müqavilələr zamanı əlavə xidmətlər satılması halında (SEO, Rəqəmsal Analitika, Sosial Media Reklam xidmətləri kimi) qiymət güzəşti edilə bilər.
₼1500 /aylıq
Rəqəmsal Marketinq xidmətindən razı qalanlar
Digital Marketing Xidməti verdiyimiz şirkətlərin nümayəndələri gördüyüm işlər və şirkətə qazandırdığım dəyər haqqında müsbət fikirdədirlər.
Niyə Rəqəmsal Analitika Xidməti?
Rəqəmsal Analitika xidmətimiz sizə hansı həlləri təklif edir? Bir çox biznes Rəqəmsal Analitika xidmətindən istifadə etməklə qeyd olunan həllərdən imkanlardan bilər.