Rəqəmsal Marketinq Strategiya Xidməti
Azərbaycan üzrə Google Premier Partner agentliyi tərəfindən peşəkar Rəqəmsal Marketinq Strategiya Xidməti alın. 9-dan çox ecommerce layihəsi və cəmi 30-dan çox brend üzrə 4 milyon USD-dən çox reklam büdcəsi idarə edən komandamızın təcrübəsindən yararlana bilərsiz.
Rəqəmsal layihələr üzrə komanda idarəçiliyi və layihə menecmentini həyata keçirmək üçün bu xidməti seçin.

Rəqəmsal fəaliyyətə strateji yanaşma
Bir çox markanın 0-dan qlobal və rəqabətcil yerli bazara girişi, mövcud brendlərin bazar payını böyütmə kimi strategiyaları tətbiq etdiyimiz üçün bu sahədə geniş təcrübəyə, know-how, insan resursu və texnoloji resurslara sahibik.
Ən peşəkar reklam idarəçiliyi
Rəqəmsal marketinq fəaliyyətinin önəmli parçası kimi reklam idarəçiliyini qlobal və yerli ekspertlər tərəfindən həyata keçiririk. Ən müasir optimizasiya üsulları və texnoloji yeniliklərin tətbiqi ilə bu prosesi effektiv və sürətli edirik.
Rəqəmsal layihə idarəçiliyi
Korporativ və şirkət mühiti ilə daim əməkdaşlıq etdiyimiz və komanda rəhbərliyi ilə daxili idarəçilikdə təcrübəyə sahib olduğumuz üçün layihə idarəçiliyini peşəkar şəkildə təmin edirik. Effektiv layihə idarəçiliyinə zəmanət veririk.
Rəqəmsal Marketinq strategiya xidmətində nə edirik?
Rəqəmsal Marketinq strategiyası nələri əhatə edir?
Google Organic (SEO) trafiki və Google Reklamları
Google axtarış sistemi, o cümlədən Google reklamları internet istifadəçilərin etibarlı məlumat əldə etməyə çalışdığı resurslarda onlara təsir etmə imkanı yaradır. İnternet istifadəçilərinin böyük bir qismi almaq istədiyi məhsul və xidmətin internet üzərindən, xüsusən də axtarış platformalarından istifadə etməklə qiymət analizini edir, müqayisə və icmal videolarına baxır.
İstifadəçilərə axtarış edərkən, video izləyərkən, blog oxuyarkən təsir etmə imkanı yaradan önəmli kanallardan biri Google reklamlarıdır. Ödənişsiz halda isə Google axtarışlarında SEO fəaliyyəti ilə saytı ön sıralara çəkmək mümkündür.
Qlobal və yerli bizneslərlə bazar təcrübəsinə malik ekspert və Google Premier Partnyor tərəfindən bu xidməti ən peşəkar səviyyədə təklif edirik.

Rəqəmsal Marketinq Strategiyası xidməti
Qiymət Paketləri
Qiymət işin həcmi və nəticələrin optimizasiyası üçün texniki və insan resursuna görə müəyyən edilir. Keyfiyyətin tam təmin olunması üçün qiymətdə endirim edilmir, yalnız uzunmüddətli müqavilələr zamanı əlavə xidmətlər satılması halında (SEO, Rəqəmsal Analitika, Sosial Media Reklam xidmətləri kimi) qiymət güzəşti edilə bilər.
₼4000 /birdəfəlik
Rəqəmsal Marketinq xidmətindən razı qalanlar
Digital Marketing Xidməti verdiyimiz şirkətlərin nümayəndələri gördüyüm işlər və şirkətə qazandırdığım dəyər haqqında müsbət fikirdədirlər.
Niyə Rəqəmsal Marketinq Strategiya Xidməti?
Rəqəmsal marketinq strategiyası ilə prosesə başlamaq sizə uzunmüddətdə qoyduğunuz investisiyanı daha yaxşı geri götürməyə imkan yaradır. Strategiya ilə prosesin idarə edilməsi daha güclü kommunikasiya və rəqəmsal proseslərin koordinasiyasına gətirib çıxarır.