Home » Digital Marketing Bloqu » Crawl Budget Nədir və Necə Optimizasiya olunur? – Texniki SEO

Crawl Budget Nədir və Necə Optimizasiya olunur? – Texniki SEO

crawl budget nedir

Web saytların axtarış motorları (search engines – Google, Bing, Yandex və s.) tərəfindən necə və neçə dəfə ziyarət edildiyi və indeksləndiyi, online görünürlük və orqanik trafik üçün həlledici amillərdən biridir. Bu məqamda, Crawl Budget (Tarama büdcəsi) anlayışı mühüm rol oynayır. Crawl Budget dedikdə nəyi nəzərdə tuturuq və Texniki SEO strategiyası üçün niyə bu qədər əhəmiyyətlidir?

Crawl Budget Nədir?

Crawl Budget, axtarış motorlarının bir veb saytın səhifələrini nə qədər və nə tezliklə ziyarət edəcəyini müəyyən edən bir sərhəddir. Məsələn, Google’ın sizin saytınızı gündə 500 səhifə qədər taraması, saytınızın bütün səhifələrinin taramasının neçə gün davam edəcəyini göstərir. Əgər sizin Crawl Budget sərhədiniz gündəlik 1000 səhifədirsə, saytınızın bütöv taranması daha az vaxtda yekunlaşır.

Crawl Budget optimizasiyası, axtarış motorlarının saytınızı daha sıx ve effektiv taramasına yardım etməklə saytınızın Google axtarış nəticələrində (SERP) daha yüksək sıralarda yer almasını təmin edə bilər.

SEOCrawl Budget Optimizasiyası

SEO strategiyalarının təməlində duran əsas məsələ axtarış motorlarının veb saytınızın ən vacib səhifələrini çevik taraması və indeksləməsidir. Crawl Budget optimizasiyası niyə bu qədər vacibdir?

Crawl Budget Optimizasiyasının SEO Faydaları

  • Artan Səhifə Taraması: Daha çox səhifənizin taranması demək, daha çox məzmunun və səhifənin indekslənməsi deməkdir.
  • Orqanik SEO Trafiki üzrə Artım: Daha çox səhifə indekslənməsi daha yüksək orqanik trafik potensialı deməkdir.
  • İndekslənən Səhifələr üzrə Artımı: SEO performansınızı birbaşa təsir edən indesklənən səhifə sayınızın artması.

Saytınızın Crawl Budget‘ini Necə Yoxlaya Bilərsiniz?

Google Search Console (GSC) vasitəsilə “Coverage” hesabatına və “Crawls stats” panelinə baxaraq saytınızın tarama statistikalarına və Crawl Budget‘ə dair məlumat ala bilərsiniz.

Crawl Budget (Taram bücəsi) optimizasiyası

1. Robots.txt ilə Önəmsiz Səhifələri disallow edin

Robots.txt faylı, bəzi səhifələrin axtarış motorları tərəfindən taranmasının qorunması üçün istifadə edilə bilən güclü bir vasitədir. Bu fayl tarama agentlərinə (botlara) hansı səhifələr crawl edilməməlidir – bu məlumatı xəbər verərək, Crawl Budget‘i daha önəmli səhifələr üçün saxlamağa kömək edir.

Misal üçün, User-agent:* Disallow: /admin/ sətiri ilə admin paneli kimi mühüm olmayan səhifələrin, URL-lərin taranmasını qadağan edə bilərsiniz. Bununla yanaşı, yanlış istifadəsi SEO performansınıza mənfi təsir göstərə biləcəyi üçün dəqiq və düşünülmüş qaydalar tətbiq etmək lazımdır. Bu barədə həmişə vebsayt developeri ilə Texniki SEO işlərində məsləhət almağınız vacibdir.

2. Dublikat Səhifələri Aradan Qaldırın

Dublikat məzmun/səhifə, Crawl Budget‘in israf olmasına səbəb olur və SEO fəaliyyətinə ziyan verir. Canonical tags istifadə etməklə, eyni məzmuna sahib səhifələr arasında bir ana səhifə təyin edərək, axtarış motorlarının hansı səhifəyə öncəlik/prioritet verməsini bildirə bilərsiniz. Bu, həm Crawl Budget‘in daha effektiv istifadə edilməsinə imkan verəcək, həm də dublikat səhifələrlə bağlı qarışıqlığın qarşısını alacaq.

Google Search Console‘daki Pages bölməsindən bu barədə məlumat ala bilərsiniz.

3. Sitemap’inizi Yeniləyin

Sitemap, axtarış motorlarının saytınızda effektiv şəkildə gəzməsi/taraması üçün zəruri bir alətdir. Aktual (updated) və düzgün strukturlaşdırılmış bir sitemap, yeni məzmununuzu axtarış motorlarının daha tez aşkar etməsinə yardım edir.

O cümlədən, məzmununuza dair məlumatları (səhifə dəyişiklikləri, update tezliyi və s.) ətraflı şəkildə verən bir sitemap, Crawl Budget‘in doğru istifadəsinə imkan yaradır. Google Search Console vasitəsilə sitemap’inizin doğru şəkildə təqdim edildiyindən və düzgün işlədiyindən əmin olun.

4. Yükləmə Sürətini (Page Speed) Artırın

Saytınızın yüklənmə sürəti, Crawl Budget ilə yanaşı, SEO performansı üçün də son dərəcə önəmlidir. Sürətli yüklənən saytlar, axtarış botlarının daha çox səhifəyə çatmasına imkan yaradır və bununla da Crawl Budget‘i daha effektiv istifadə etməyə kömək edir.

Saytınızın sürətini artırmaq üçün şəkil optimizasiyası, compression alqoritmləri və cache taktikalarını istifadə etməlisiz. Google PageSpeed Insights kimi alətlər saytınızın sürət analizini etmək və optimizasiya təklifləri almak üçün istifadə olunmalıdır.

5. Yönləndirmə zəncirlərindən və Yetim Səhifələrdən Uzaq Durun

Düzgün daxili linkləmə (internal linking) strukturu, Crawl Budget‘in effektiv istifadə edilməsini təmin edir. Lakin çoxlu yönləndirmə zəncirləri (redirect chains) və yetim səhifələr (orphan pages) bu büdcənin boşa xərclənməsinə səbəb olur. Yönləndirmələrin mümkün qədər az olması ve birbaşa olması, axtarış botlarının işini asanlaşdırır.

Yetim səhifələr (orphan pages), yəni başqa səhifələrdən bağlantı almayan səhifələr axtarış botları tərəfindən nəzərdən qaçırılır və bu da SEO üçün itirilmiş potensial deməkdir. Daxili linkləmə analizini edərək və sayt iyerarxiyasını düzgün quraraq bu problemləri azalda bilərsiniz.

6. Sınıq Bağlantıları Təmizləyin

Sınıq bağlantılar (broken links), axtarış botlarının aktiv olmayan səhifələrlə qarşılaşmasına səbəb. Nəticədə Crawl Budget israf olunur çünki bu səhifələr də limit daxilində hesablanır. Sınıq bağlantıların mütəmadi təmizlənməsi, səhifələrinizin daha rahat taranmasını təmin edir. SEO performansı beləcə artır. 404 xəta kodları kimi problemləri tapmaq ve düzəltmək üçün SEO alətləri istifadə oluna bilər (Screaming Frog, Ahrefs, Semrush və s.). Broken linkləri təmizləmək istifadəçi təcrübəsini də yaxşılaşdırır.

7. Mümkün Qədər JS əvəzinə HTML İstifadə Edin

HTML formatında olan səhifələr, axtarış botları tərəfindən daha asan təhlil edilir və bu da Crawl Budget‘in daha effektiv istifadəsini təmin edir. JavaScript kimi müəyyən kodlar axtarış botları üçün problem yarada bilir və saytın taranma sürətini azalda bilər. Mümkün olduqca semantik HTML etiketleri və açıqlama mətnləri istifadə etmək lazımdır. Bu metod səhifələrinizin axtarış botları tərəfindən daha rahat anlaşılmasını təmin edir. Nəticədə həm saytınızın tarama sürəti artırar, həm də SEO üçün önəmli olan accessibility/məzmun çata bilmək potensialı yaxşılaşır.

8. URL Parametrlərini Azaldın

Dinamik parametrlər istifadə olunan URL-lər, axtarış botları tərəfindən taranarkən çətinlik yarada bilər. Bu da Crawl Budget‘in səmərəsiz istifadəsinə yol açır. Parametrlərin az olması saytların daha düzgün və effektiv taranmasını təmin edir. O cümlədən, URL strukturunu sadələşdirmək, istifadəçilər və axtarış botları üçün daha anlaşılır URL-lər yaratmaq lazımdır. Screaming Frog vasitəsilə URL parametrelerini aşkarlamaq mümkündür.

9. Mobile Friendly testini edin

Mobil dostu (Mobile Friendly) saytlar, Crawl Budget‘in daha effektiv istifadəsinə imkan yaradır. Mobil cihazlar üçün optimizasiya SEO‘nun ayrılmaz bir hissəsidir. Bu saytlar Google’ın mobil prioritetli indeksləmə (mobile first indexing) strategiyası ön planda olduğu üçün saytın buna uyğunluğu yoxlanmalıdır. Bunun üçün Google-a məxsus Lighthouse funksiyasından istifadə edə bilərsiniz. Chrome>Developer tools>Lighthouse

Mütəmadi olaraq sayın mobil dostu və responsive dizayna sahib olması, sürətli yüklənməsi, mobil cihazlar için rahat naviqasiya edilməsi kimi xüsusiyyətlərə diqqət etməlisiz.

10. İnternal Linking (Daxili Linkləmə) Strategiyası Qurun

Daxili linklər, axtarış botlarının saytınızı anlamasına və əlaqəli məzmunlara daha rahat çatmasına kömək edir. Sayt içi linklərin strukturu təkcə istifadəçi təcrübəsini (UX) yaxşılaşdırmır, həm də Crawl Budget‘in optimizasiyasına qatqı edir. Hər bir məzmun hissəsinin əlaqəli və dəyərli başqa bir məzmuna link göndərməsi ümumilikdə saytın tamamının daha effektiv taranmasına kömək edir. Açar sözləri ilə linkləri istifadə etməklə anchor textləri doğru verməyiniz lazımdır.

Bu və daha çox konseptləri Digital Marketing Kursu ilə öyrənə bilərsiz. Rəqəmsal Marketinq kursu.

Similar Posts