Core Web Vitals Nədir və Niyə Vacibdir – Texniki SEO
Bəzi saytlarda bir şeyə klikləmək etmək istədikdə həmin element yer dəyişdirir və birdən başqa bir elementə klikləmiş olursunuz.😤 Core Web Vitals – CLS, səhifə yüklənərkən vizual sabitliyi ölçür. Bu, böyük elementlərin ölçüsünə və neçə dəfə və nə qədər yer dəyişdirdiyinə baxaraq edilir.
CLS Texniki SEO üçün əhəmiyyət kəsb edir və Google updateləri ilə saytın reytinqinə ildən-ilə daha çox təsir edir.
CLS’i yaxşılaşdırmaq üçün aşağıdakı problemlərdən qaçmaq lazımdır:
– Ölçüsüz və ya pis formatı şəkillər (ölçüsü qeyd olunan webp, avif formatlar tövsiyə olunur)
– Banner ölçüsü verilməyən reklamlar, embed və iframe elementləri
– JavaScript ilə məzmun enject etmək
– Səhifə yüklənməsinin gec mərhələsində font və stilləri tətbiq etmək
– Səhifə yüklənərkən istifadə olunmayan JS və CSS kodların olması
First Input Delay (FID) isə, istifadəçi bir əməliyyat etdikdə (məsələn bir düyməyə basdıqda) səhifənin bu əməliyyata nə qədər tez cavab verdiyini ölçür. Yaxşı bir FID dəyəri, səhifənin interaktiv olduğunu və istifadəçinin komandasına tez cavab verdiyini göstərir. FID, Mart 2024-də Interaction to Next Paint (INP) ilə əvəz olunacaq.
Largest Contentful Paint (LCP) səhifənin əsas hissəsinin məzmununun nə qədər sürətlə yükləndiyini ölçür. Bu, ziyarətçilərin səhifədə ən böyük şəkili və ya mətn blokunu nə qədər tez gördüyünü göstərir.
Cumulative Layout Shift (CLS) səhifə yüklənərkən məzmunun yerini necə dəyişdirdiyini ölçür. Əgər səhifədə məzmun sıx-sıx və kəskin şəkildə yerini dəyişirsə, bu, istifadəçi təcrübəsini pisləşdirir.
Core Web Vitals’ı ölçmək üçün Chrome User Experience Report (CrUX) və PageSpeed Insights-dan, o cümlədən saytınızı inteqrasiya edib Google Search Console, Ahrefs Webmaster Tools kimi vasitələrdən istifadə edə bilərsiniz. 📈
Müəyyən bir sayt 🎨template-i üzərində edilən dəyişikliklər, bir neçə səhifəyə eyni anda təsir edə bilər. Buna diqqət edərək Core Web Vitals score-unu artıra bilərsiniz.
Daha çox bu kimi paylaşımlar üçün Digital Marketing qrupuna üzv ola bilərsiniz: admc.az/tg
Bu və daha çox konseptləri Digital Marketing Kursu ilə öyrənə bilərsiz. Rəqəmsal Marketinq kursu.