Digital Marketing haqqında
Digital marketing nədir? Bu barədə ən çox verilən sualların cavabları və rəqəmsal marketinq növləri bu səhifədə geniş izah edilib.
Digital Marketing nədir və hansı növləri var?
Digital Marketing nədir?
Marketinq sahəsində çalışan hər kəs üçün Digital marketing nədir sualı əhəmiyyət kəsb edir. Digital marketinq fəaliyyəti marketinq və biznes hədəflərinə digital marketing kanalları vasitəsilə çatma prosesidir. Bizneslər, brendlər və fərdi istifadəçilər internetdə öz məhsul və xidmətlərini, şəxsi nüfuzlarını digər insanlara tanıtmaq və gəlir əldə etmək üçün müxtəlif digital marketing strategiyaları istifadə edir.
Bu fəaliyyətdə biznes hədəfləri öncədən qoyulur, biznes və ya brendə uyğun olaraq strategiya hazırlanır, icraetmə prosesi üçün komanda yığılır. Nəticələrin analiz edilməsi ilə digital marketing kanalları üzrə büdcə bölgüsünə optimizasiya (effektivliyin artırılması) işləri aparılır.
Digital Marketing vs Ənənəvi Marketinq?
Uzun müddətdir ki, şirkətlər müştərilərə çatmaq üçün ənənəvi marketinq kanallarını istifadə edirdi. Lakin texnologiyanın inkişafı və potensial müştərilərin internet istifadəsi artdıqca yeni marketinq kanalı olan digital marketing kanalları meydana gəldi.
Beləliklə Digital marketing nədir – dediyimiz zaman onu əsas fərqləndirən xüsusiyyətləri də öyrənirik. Bunlar ölçüləbilən, dəqiq kütləyə hədəflənən, effektiv büdcə bölgüsü edilə bilən platformaları bizə təqdim etməsidir.
Xüsusiyyət | Digital marketing | Ənənəvi marketinq |
Sahə | Online | Offline |
Kütlə | Spesifik hədəflənəbilən | Ümumi və kontrol edilməsi çətin |
Xərc | Qənaətcil | Bahalı |
Ölçüləbilmək | Asanlıqla ölçülür | Ölçülməsi çox çətindir |
Müştəri ilə təmas | İnteraktiv imkanlar | Bir tərəfli kommunikasiya |
Digital Marketing yoxsa Rəqəmsal Marketinq?
Normalda Azərbaycan dilindəki qarşılığı “Rəqəmsal Marketinq” olan digital marketing, internet istifadəçilərinin axtarışlarına uyğun olaraq bizim məqalələrimizdə digital marketing olaraq istifadə olunur. Hər iki söz birləşməsi eyni mənanı ifadə edir. Sadəcə indi izah edəcəyimiz SEO optimizasiya prosesi üçün “Digital Marketing” birləşməsinin istifadəsi daha çox istifadəçiyə çatmaq və hamı tərəfindən anlaşılabilmək üçündür.
Niyə Digital Marketing populyarlaşır?
Bu gün milyonlarla insan mobil cihazlar, kompüter və laptoplardan istifadə edir. Bunların əksəriyyəti ağıllı cihazlar sayılır. Hətta televizorlar belə artıq ağıllı cihaz kateqoriyasına daxildir. Marketinq fəaliyyəti üçün lazım olan da potensial müştəri seqmentinə düzgün vaxtda, düzgün məzmun və mesajla çıxa bilməkdir.
Digital marketing şirkətin marketinq hədəflərinə çatmaq yolunda həm müştəriləri seqmentlərə bölüb onlara xüsusi təkliflər vermə imkanı verir, həm də bütün prosesi avtomatlaşdırıb effektiv nəticə əldə etməyə şərait yaradır. Digital marketing avtomatlaşdırması məqaləmizdə buna geniş toxunmuşuq.
Daha sistemli, analitik düşüncə və rasional qərarvermə prosesini stimullaşdıran bu rəqəmsal mühitə bir çox şirkət tərəfindən investisiya olunur. Nəticədə sektor gedərək böyüyür və yeni digital marketing vakansiyaları açılır. Digital marketing nədir – axtarışlarının artması da bu sahəyə maraq göstərən insanların artmasını göstərir və bu da sahəni populyar edir. Digital marketing strategiyaları gündən-günə marketinqdə axtarılan mövzulardan birinə çevrilir.
Digital Marketing Üstünlükləri Nələrdir?
Digital marketing kanalları və reklam platformaları internet istifadəçiləri arasında müştəri tapmağı asanlaşdırır və reklamı düzgün şəxslərə göstərməyi ən peşəkar səviyyədə təmin edir. Belə ki, siz müştərini aşağıdakı parametrlərə görə hədəfləyə bilirsiniz:
- cihaz hədəfləməsi – device targeting (mobil, desktop, tv, tablet)
- istifadə etdiyi dil hədəfləməsi – language targeting
- izlədiyi məzmuna görə hədəfləmə – content targeting (video, website, mobile app)
- maraq dairəsinə görə hədəfləmə – intent-based targeting
- axtardığı sözlərə görə hədəfləmə – keyword targeting
- həyat tərzi və davranışlarına görə hədəfləmə – affinity-based targeting
- sizin saytınıza gələn izləyiciləri yenidən hədəfləmək – retargeting
Digər bir tərəfdən bütün reklamların nəticələrini tam detallı statistik hesabatlarla izləyə bilirsiniz. Reporting funksiyaları ilə Facebook reklamları, Google Reklamları, Tiktok və digər reklam platformaları sizə kampaniya statistikalarını tam şəkildə təqdim edir. O cümlədən Veb Analitika (Web Analytics) alətləri olan Google Analytics 4, Yandex Metrica, Microsoft Clarity kimi platformalarda saytınızı ziyarət edən izləyicilərin məlumatlarını və davranışlarını izləyə bilirsiniz.
Bununla yanaşı digital marketing kanalları bir çox klasik marketinq və ya ənənəvi TV, radio, bilbord reklamları ilə müqayisədə xərclərə qənaət edə bilir. Siz ancaq lazımlı vaxtda reklam verir, lazım olan kütləni seçir, effektiv olmadıqda dərhal reklama düzəliş edə bilir və internetdə eyni anda bir çox təmas nöqtələsində müştəriyə öz mesajınızı çatdıra bilirsiniz.
Digital Marketing Nədir və Növləri Hansılardır?
Digital marketing növləri və fəaliyyət istiqaməti o qədər genişdir ki, bu sahəyə marağı olanlar bunlardan sadəcə 1-i üzərində ixtisaslaşaraq öz karyerasına başlaya bilər. Çünki əksər şirkətlər hazırda müştərilərin internet davranışlarının artması səbəbilə bir çox reklam, orqanik kontent və analitika platformalarından eyni anda istifadə edirlər. Gəlin digital marketing sahələri üzrə tanış olaq:
Search Engine Optimization
Search Engine Optimization (SEO) – Axtarış Motorları üzrə Optimizasiya mənasını daşıyır. Şirkətlər, şəxslər və ya istənilən internet istifadəçisi öz saytını quraraq Google, Yandex, Bing kimi axtarış kanallarında öz saytına müştəri cəlb edə bilər. Saytların adıçəkilən axtarış motorlarında indeks olunaraq ön sıralarda görünməsi üçün aparılan işlərə SEO deyilir.
SEO optimizasiyası ilə məşğul olan şəxs isə SEO mütəxəssisi adlanır. Burada məqsəd saytı Google kimi axtarış motorlarına düzgün tanıtmaqdır. Bu məqsədlə aşağıdakı SEO optimizasiya işləri görülür:
- Saytın texniki xüsusiyyətləri yaxşılaşdırılır və buna Texniki SEO (Technical SEO) deyilir. Bu zaman Core Web Vitals kimi nüanslar nəzərə alınır.
- Saytın məzmunları (bloq, səhifə) istifadəçinin axtarışına tam cavab verməlidir. Bu hissə On-Page, yəni səhifə-daxili SEO adlanır.
- Saytın internetdəki populyarlığı, nüfuzu və güvəninirliyi artırılmalıdır. Bu isə Off-page, yəni səhifə-xarici SEO adlanır.
Digital marketing işləri zamanı SEO-nu tətbiq edərkən ilk növbədə internet istifadəçilərinin axtardığı açar sözləri analiz edilir, sayt – landing page texniki optimizasiya edilir, istifadəçi search query-i, yəni axtarışı tələbinə görə buraya kontent yazılır. Məsələn Digital marketing nədir – kontenti SEO üçün yazılan və rəqəmsal marketinq ilə maraqlanan şəxslər üçündür.
SEO niyə vacibdir?
SEO reklamsız və təbii şəkildə internetdə sizin məzmunu axtaran istifadəçiləri cəlb edir. SEO xidməti alan brend bir müddət sonra reklama pul ödəmədən internetdən ödənişsiz trafik cəlb edir və SEO trafiki ən məhsuldar sayt trafiklərindən hesab olunur.
İnternet axtarışlarına əsaslandığı üçün müştərini cəlb etmək və məhsulu satmaq ehtimalı nisbətən çoxdur. Məhz bu səbəbdən, SEO digital marketing kanalları arasında ən mühüm kanallardan biridir.
SEO etmək üçün nə lazımdır?
Uğurlu SEO nəticəsi almaq üçün ilk növbədə düzgün planlama olmalıdır. Bunun üçün SEO açar sözü araşdırması edilməli, biznes məqsədləri və user persona analizi aparılmalıdır. Potensial müştərilərin internet davranışları və axtarış tələblərinə uyğun olaraq qurulan SEO strategiyası sayt trafikini artırmaqla nəticələnir.
Digital marketing mühitində bir çox istifadəçi əsas cihaz kimi mobil telefon istifadə etdiyi üçün sayt mobile-friendly, yəni mobil uyumlu olmalıdır. PageSpeed (yüklənmə sürəti) optimizasiya edilməli, müştərini saytda saxlayan və satışa səbəb olan elementlər (Call-to-Action) istifadə olunmalıdır.
Bütün prosesin daha rahat icra edilməsi üçün SEO alətləri (SEO tools) alına bilər. Hansı ki, burada açar sözü araşdırması, texniki SEO boşluqlarını bilmək üçün Ahrefs, Semrush, Google Keyword Planner kimi alətlər lazım olur.
Social Medya Marketinqi
Sosial Medya Marketinqi (SMM) internet istifadəçilərinin aktiv olduğu sosial medya şəbəkələri vasitəsilə marketinq hədəflərinə çatmaq üçün görülən digital marketing işləridir. SMM üzrə istifadə olunan platformalar əsasən Facebook, Instagram, Tiktok, Twitter kimi saytlardır.
Burada potensial müştərilər şirkət və ya brendlə interaktiv kommunikasiya qura bilirlər. Məqsəd orqanik maraqlı və unikal məzmunla izləyici toplamaq, reklam vasitəsilə kampaniyaları tanıtmaq və müştərilərin diqqətini, sədaqətini (customer loyalty) cəlb etməkdir.
Sosial Medyanın üstünlükləri
SMM digital marketing kanalı kimi istifadəçilərin ən aktiv oluduğu məkandır. Burada istifadə olunan paylaşım tipləri (content types) və funksionallıqlar bizə kommunikasiya prosesində ciddi yardım edir. Sosial Medya üçün aşağıdakı üstünlükləri sıralaya bilərik:
- unikal engagement (təmas) vasitələri (Reels, Video, Story və s.)
- müsabiqə, korporativ sosial məsuliyyət və digər tipli paylaşımlarla müştəri loyallığını artıra bilmək imkanı
- səhifə üzrə analizlərin aparılması üçün günlük aktivlik statistikaları
- Facebook Pixel kimi alətlərlə sayta daxil olan istifadəçiləri sosial medyada yenidən hədəfləmək və onları real müştəriyə çevirmək
- müştəri məlumatlarını sistemə yükləməklə, oxşar auditoriyalara (Lookalike audience) reklam göstərib müştəri cəlb etmək
Digital Marketing üçün Sosial Medyanın effektiv istifadəsi
Digital marketing-də hər hansı kanalın effektiv istifadəsi üçün həmişə satış tuneli (Sales funnel) konsepti ilə məsələyə yanaşmaq lazımdır. Bunun üçün biz aşağıdakı qrafiklə büdcə bölgüsü və kampaniya hədəflərinin təyininə diqqət yetirə bilərik:
SMM üzrə görüləcək işləri belə sıralaya bilərik:
- Sosial media marketinq hədəflərinin təyin edilməsi: Vizualda gördüyümüz kimi məqsəd daha öncə bizimlə təmasda olmayan müştərilərə brend imici reklamı vermək və ya bizi tanıyan müştəriləri satışa təşviq etmək ola bilər. Re-engagement (yəni yenidən təmas), retargeting (yəni sayta daxil olmuş müştərini yenidən hədəfləmə) seçimlərdən biri ola bilər. Buna uyğun olaraq hədəflər müəyyən edilir – Post üçün like, comment, share, yoxsa sayt trafiki, satış və ya kampaniya üçün 1 milyon insana görünmə.
- Məzmunun seçilməsi: Bu mərhələdə hədəfə görə məzmun seçilir. Bir çox hallarda video məzmun sosial medya üçün effektiv hesab olunur. Bəzən statik banner, sadə story də tərcih oluna bilər.
- Paylaşım və Omnichannel kommunikasiya: Daha çox təmas (engagement) və müştərini satış tunelində sona qədər gətirə bilmək üçün facebook, instagram, youtube kimi kanallarda paralel kommunikasiya aparılır. Yəni bu zaman omnichannel strategy (bir-çox kanalın eyni anda istifadəsi və kommunikasiyanın tamamlanması) tətbiq olunur.
Kontent Marketinqi
Kontent marketinqi nədir? Rəqəmsal marketinq və klasik kanallarında müştərilərə kreativ, yüksək keyfiyyətli, müştəriyə uyğun və biznes məqsədlərinə xidmət edən məzmunların göstərilməsidir. Kontent marketinqi müştəriləri məlumatlandırmaq, hərəkətə keçirmək, satışı artırmaq və yeni çıxan məhsul/xidmətləri tanıtmaq üçün əsas elementdir.
Kontent Marketinq üstünlükləri:
Reklama xərc çəkmədən kontent marketinq üsulları – xüsusən də kreativliklə milyonlarla insana çatmaq mümkündür. Təbii ki, bu özlüyündə xüsusi yanaşma tələb edir. Kontent marketinqin ən böyük üstünlüyü də rəqiblərdən fərqləndirən kreativ və yaddaqalan yanaşma ortaya qoya bilməsidir.
Reklamla əldə edə bilmədiyimiz diqqəti, kreativ məzmunlarla əldə etmək mümkündür. Kontent brendi yaddaqalan, güvənilir edir. O, həm də digər digital marketing kanalları üçün fayda verir. Məsələn SEO trafikini artırır, SMM-də müsbət rəylərə səbəb olur və s.
Kontent Marketinq Strategiyası necə hazırlanır?
Uğurlu kontent strategiyası üçün araşdırma mütləqdir. Araşdırma əsasında brendin güclü, zəif məqamları, sektordakı üstünlükləri və kontent yaratmaq üçün resursları nəzərdən keçirilir.
Araşdırma ilk öncə həmişə müştərini və auditoriyanı anlamaqla başlayır. Müştəri ehtiyacları, tələbatı, innovativ həllərə meylliyi və bazar imkanları ilkin araşdırma başlıqlarıdır.
Daha sonra planlama üçün Kontent marketinq kalendarı (məzmun təqvimi) formalaşdırılır. Burada fərqli müştəri personaları üçün məzmun yanaşmaları, məzmun növləri və paylaşım tarixləri qeyd olunur.
Digital marketing komandası kreativ komanda ilə sıx çalışmaqla məzmun üzrə yol xəritəsini (roadmap) formalaşdırır. Bu yol xəritəsi üzrə tapşırıqlar yerinə yetirilir və hər məzmun üzrə daim nəticələr analiz edilir. Optimal həllə çatmaq üçün rəqəmlərə əsaslanan (data-driven) qərarların verilməsi çox vacibdir.
Kontent Marketinq növləri
Kontent marketinqi növləri paylaşılacaq reklam kanalına, biznes məqsədi və auditoriyaya görə dəyişir. Buraya kontent marketinq növlərinə bloq, video, mətn, banner və bu məzmunlar daxilindəki müxtəlif növləri (məsələn vertical reels videosu, story videosu, TV ölçülü horizontal video və s.) daxildir. Məqsəd marketinq mesajını digital marketing kanalları üzrə müştəriyə doğru şəkildə çatdırmaqdır.
PPC – Pay-Per-Click reklamları
Pay-Per-Click, yəni PPC reklamları bizneslərin ancaq kliklənmə üçün ödəniş etdikləri reklam növləridir. Buraya Google, Microsoft, Amazon kimi nəhəng şirkətləri reklam formatları daxildir. Hansı ki, digital marketing reklamı verən şirkət müştəriyə reklamı göstərmək üçün yox, ancaq müştəri reklama kliklədiyi zaman ödəniş edir.
Nəticədə trafik və vebsayt istifadəçilərinə satış məqsədi daşıyan kampaniyalar effektiv nəticə ala bilir. Digital marketing kanalları arasında Google Ads, Bing Ads, Amazon PPC, Apple Search Ads kimi platformalar bu strategiyanı istifadə edirlər.
PPC reklamları necə işləyir?
PPC reklam kampaniyaları dedikdə əsasən açar sözləri üzərindən yayımlanan kampaniyalar nəzərdə tutulur. Açar sözlərini biz digital marketing platformasında (Google, Bing və bu kimi) axtardıqda qarşımıza şirkətlərin reklamları çıxır. Biz bu reklamlara kliklədiyimiz zaman şirkətlər hər klik başına ödəniş edirlər.
Təbii ki, bu platformalar saxta kliklərin qarşısını almaq üçün alqoritm formalaşdırıb reklamverənləri qoruyur və bu kimi halların qarşısını böyük həcmdə ala bilirlər. Digər tərəfdən reklamverənlər nəticə etibarilə ancaq klik üçün ödəniş edir və reklam görüntülənməsinə görə xərc çəkmirlər.
Lakin reklam çox keyfiyyətsiz olarsa və klik almazsa, bu zaman Quality Score (reklam keyfiyyət xalı) aşağı düşür və bu digital marketing kanalı sizin reklamınızı daha az istifadəçiyə göstərir. Yəni, klik üçün ödəniş edirikk – amma klik ala bilmədiyimiz zaman platforma reklam keyfiyyətini aşağı qiymətləndirir və bizdən optimizasiya etməyimizi tələb edir.
Məsələn Digital marketing nədir? – axtarışı zamanı siz bu başlığı reklam mətnin də və veb səhifədə istifadə etməlisiz.
PPC reklamları üstünlükləri
Orqanik, yəni SEO optimizasiyasından fərqli olaraq PPC reklamları dərhal sizə trafik və müştəri cəlb edə bilər. Üstünlüyü tez bir zamanda axtarış nəticələrində ön sıralara çıxa bilməsidir. Mənfi tərəfi isə büdcə qutardığı zaman reklamın dayanması və təsirin bir anda itməsidir.
Buna görə də digital marketing kanalları arasında ən çox analizlərə ehtiyacı olan kanal PPC reklamlarıdır. Yəni, reklamdan gələn kütləni dərhal analiz edib alış edən kütləni tapmaq və optimizasiya ilə büdcəni doğru istiqamətə yönləndirmək lazımdır.
Əks halda veb analitika olmadan büdcəmiz daha səmərəsiz halda xərclənəcək və nəticə uğursuz olacaq. PPC reklam kanallarının digital marketing hesabatları verməsi onun ən böyük üstünlüyüdür. Burada müştərinin və reklamların bütün statistik məlumatlarını görmək mümkündür.
Effektiv PPC reklamları necə verə bilərik
PPC kampaniyası ən əsas etibarilə açar sözü araşdırması ilə başlayır. Daha sonra açar sözləri qruplaşdırılır və müxtəlif başlıqlar altında reklam mətnləri hazırlanır. Bu reklam mətnləri axtarışa nə qədər uyğun olarsa o qədər keyfiyyət xalı yüksək olur.
Yəni, siz “ofis avadanlığı” axtaran zaman reklam başlığında həmin sözü görürüsüzsə, reklama klikləmə potensialınız artmş olur. Əgər reklamın yönləndirdiyi səhifədə də sizə lazım olan məhsul/xidmət və ya informasiya varsa, bu zaman keyfiyyət xalınız (Quality Score) maksimum olur. Daimi şəkildə PPC reklamı verən digital marketing mütəxəssisi bu dataları analiz edib düzgün reklam mətni, açar sözü, veb səhifə barədə optimizasiyalar etməlidir.
Email marketinqi
Email marketinq fəaliyyəti potensial müştərilərə e-mail vasitəsilə müraciət edərək digital marketing hədəflərinə nail olmaq üçün istifadə olunur. Qlobalda məşhur olan bu üsulun əsas məğzi aktiv email istifadəçilərinə məhsul və xidmətləri tanıtmaq və email məlumatlarını satışı artırma üsulu kimi istifadə etməkdir.
Şəxsi və ya korporativ kommunikasiya vasitəsi olan emaillər Linkedin profillərində, rəsmi vebsaytlarda qeyd olunur. Email marketinqi ilə bu məlumatlar toplanılır və email qəzetlər (email newsletter), promotion kodlar, şəxsi endirim təklifləri və loyallıq proqramları üçün istifadə olunur.
Email marketinq üstünlükləri nələrdir?
Email marketinqinin ən böyük üstünlüyü birbaşa auditoriya üzvlərinə çatmaqdır. Gündəlik aktiv email istifadəçisi hər gün yeni emailləri nəzərdən keçirir. Əgər burada özünə aid maraqlı bir təklif nəzərinə çarparsa müştəriyə çevrilir.
Email marketinqi xüsusiləşdirilmiş (personalized) mətn və vizual istifadəsinə imkan verir. Yəni şəxslərə siz ad, soyad, cins, işlədiyi şirkətlə bağlı xüsusi müraciət forması hazırlaya bilirsiz. Digər bir üstünlük isə avtomatlaşdırmadır.
Məsələn, sayta gələn istifadəçi məhsulu karta atıb alışı tamamlamırsa, bir neçə gün sonra həmin məhsula endirim edərək bunu maildə sırf bu müştəriyə təklif oluna bilər. Amazon bu üsulla kifayət qədər satışı reallaşdıra bilir.
Effektiv Email marketinqi necə aparılır?
Email marketinqi digital marketing kanalı kimi effektiv istifadə oluna bilər. Birinci nüans burada emailini götürdüyünüz müştəridən icazə almaqdır. Bəzən şirkətlər, başqa şirkətlərdən email bazası alaraq istifadə edir və bu müştəri narazılığına səbəb olur.
İkinci nüans olaraq seqmentləşdirmə aparmaq lazımdır. Ya saytdakı davranışlar və ya CRM bazasındakı məlumatlar əsasında email avtomatlaşdırması apara bilərsiz, ya da emailləri demoqrafik və müştəri parameterlərinə görə seqmentləşdirib onlara xüsusi marketinq kampaniyaları edə bilərsiz. Seqmentləmə və hədəf qruplarının yaradılması effektiv kommunikasiya imkanı yaradır.
Digər bir nüans vaxtı düzgün seçmək və kütləyə mesajı ən doğru zamanda – nə tez, nə gec – göndərmək lazımdır. Email marketinqi apararkən emailin açılma faizi (open rate), daxilindəki linklərin kliklənmə faizi (CTR) analiz olunmalıdır. Digər tərəfdən, email ilə cəlb olunan trafiki analiz etmək üçün UTM parametrləri istifadə olunmalıdır. Bu zaman həm auditoriya effektivliyinə çata, həm də büdcəyə qənaət edə biləcəyik.
Influencer Marketinq
Influencer marketing – və ya Azərbaycan dilində influenser marketinqi məna olaraq “rəy öndərliyi marketinqi” deməkdir. Burada sosial medya və digər digital marketing kanallarında məşhur olan, güvənilir və auditoriyasına istiqamət verə bilən şəxslər vasitəsilə həyata keçirilən marketinq fəaliyyəti nəzərdə tutulur.
Bu prosesin mərkəzində influenserlər, yəni individual olaraq populyar olan şəxslər durur. Influencer əməkdaşlığı üçün şirkətlər digital marketing agentliyi ilə və ya birbaşa şəxslərlə razılıq əldə edirlər.
Influencer marketing necə işləyir?
Şirkət ilk öncə auditoriyasına uyğun influenserləri araşdırır. Tapılan influenserlər üzrə qiymət analizi aparılır və təkliflər alınır. Digital marketing agentliyi bəzən bu prosesdə şirkətə yardımçı olur. Prosesin daha asan və bir mərkəzdən idarə olunması üçün agentlik əməkdaşlığı qurulur. Yəni şirkət brief (qısa) məlumat verməklə agentliklə çalışır, agentlik influenserlərlə prosesi həyata keçirir. Bu zaman həm ödəniş, həm də idarəçilik prosesi asanlaşır.
İnfleunser marketinqi üçün brief-də tanıtım məqsədi, məhsul və xidmət haqqında məlumat, paylaşım detalları, vurğulanacaq əsas nüanslar qeyd olunur. İnfluenser paylaşım və məzmun növünü bəzən özü təyin edir – yəni auditoriyaya düzgün tanıtım üçün tərzi özü seçir.
İnfluenser marketinqinin son pilləsində yenə nəticələr analiz olunur və ROI (return on investment) hesablanır. Bəzi hallarda sektorlar üzrə influenserlərin effektivliyi kəskin fərqlənə bilir. Buna görə partnyorların düzgün seçilməsi tələb olunur.
Uğurlu Influencer Marketing üçün nələr vacibdir?
Influencer əməkdaşlığında ən vacib nüans hədəflənən auditoriya personası üçün düzgün təsiredici qüvvələrin – populyar şəxslərin seçilməsidir. Burada şirkətin imici və dəyərlərinə zidd olmayan influencerlərlə işləmək vacibdir.
Daha çox təsir yaratmaq üçün effektiv məzmun formatı – video, keyfiyyətli səsləndirmə – seçilməlidir. Mesaj auditoriyaya effektiv təsir etməsi üçün auditoriyanın dəyərləri, ehtiyac və tələbləri, onları həyata keçirən vurğular öncədən təyin olunmalıdır. Ən önəmlisi də bir çox influencerlə birgə çalışılırsa prosesin sinxron – eyni anda effektiv olması üçün ön planlama dəqiq hazırlanmalıdır.
Affiliate Marketinq
Affiliate marketing performans mərkəzli digital marketing fəaliyyətidir. Belə ki, hər hansı şirkətin məhsul/xidmətini satmaq üçün siz onunla əməkdaşlıq edirsiz və həmin şirkət sizə hər satış üzərindən komissiya verir. Bəzən bu satış yerinə, sadəcə lead (müştərinin formu doldurması və ya məlumatlarını verməsi) və ya sayta gətirilən trafik (affiliate links) ola bilər.
Affiliate Marketinq necə işləyir
Affiliate marketinq ilk öncə partnyor tərəfdaş tapmaqla başlayır. Tərəfdaş satıcı ilə əməkdaşlıq çərçivəsində affiliate linklər vasitəsilə məhsul və xidmətlər müştərilərə təklif olunur. Affiliate trafiki ilə əldə olunan hər satış üçün burada vasitəçiyə komissiya ödənilir. Prosesdə reklam xərcləri və s. vasitəçi tərəfindən ödənilir. Satıcı tərəfdaş şirkət isə ancaq satış reallaşdığı zaman qarşı tərəfə komissiyanı ödəyir.
Affiliate marketinq üstünlükləri
Bu digital marketing növünün üstünlüyü win-win (qazan-qazan) situasiyası yaratmasıdır. Yəni əgər satış olarsa hər iki tərəf qazanır. Burada brendlər öz tanıtımlarını bir neçə kanaldan istifadə etməklə həyata keçirir və əlavə işçi, menecment xərclərindən azad olurlar. Effektiv digital marketing strategiyası ilə vasitəçilər öz gəlirlərini artıra bilərlər. Təbii ki, digital marketing bilikləri burada vasitəçilərin yüksək performans göstərməsi üçün çox vacibdir. Əks halda vasitəçi ancaq itki ilə üzləşə bilər. Affiliate marketinq platformaları aşağıdakılardır:
- ShareASale
- Awin
- PartnerStack
- Amazon Associates
- CJ Affiliate
- Rakuten Marketing
- Avangate Affiliate Network
- ClickBank
- FlexOffers
- Walmart Affiliates
Effektiv Affiliate marketinq necə aparılır
Effektivlik üçün öncəliklə prosesi düzgün anlamaq lazımdır:
- Müştəri affiliate partner (vasitəçi) saytını ziyarət edir.
- Müştəri affiliate link ilə satıcı saytına keçid edir.
- Müştəri alış edir.
- Satıcı affiliate partner-ə komissiya ödəyir.
Affiliate marketinqin uğurlu olması üçün aşağıdakı nüanslar vacibdir:
- Düzgün niche seqmentin seçilməsi: Affiliate partner və ya vasitəçi ilk növbədə sata biləcəyi məhsul və xidmət sektoruna daxil olmalıdır. Məsələn siz “ofis mebeli” haqqında vebsayt yaradıb məhsul sata biləcəksinizsə bu zaman bu sahədə fəaliyyət göstərən bir mağaza ilə razılaşıb affiliate partner ola bilərsiniz. Niche üçün az rəqabətcil, effektiv fəaliyyət göstərə biləcəyiniz, reklam təcrübəniz olan və ya sizə qiyməti münasib olan seqmenti seçməyiniz vacibdir.
- Etibarlı tərəfdaşın tapılması: Məhsul və xidmətin keyfiyyətli olması, müştəri ilə loyal (sədaqətli) münasibətin qurulması vacibdir. Bunu edən satıcı tapdığınız zaman uzunmüddətli daha effektiv digital marketing həlləri təklif edərək əməkdaşlıq edə biləcəksiniz.
- Affiliate linklərin düzgün paylaşılması: Burada ən yaxşı praktika nümunəsi Review (icmal) saytlarıdır. Məsələn siz, elektrikli skuterlər üçün məhsul fikirləri və icmal barədə məzmun yaradırsınız. Həmin məzmun daxilindən bu məhsulu satan satıcıya affiliate link verirsiz. Bu zaman müştəri məlumat əldə etdiyi mənbədən məhsulu alır və siz komissiya əldə edirsiz. Nəticədə buradakı reklam yerləşimi (ad placement) daha təbii baş verir və güvən yaradır.
- Nəticələrin analiz və optimizasiyası: Hər bir digital marketing kanalı kimi affiliate əməkdaşlıq üçün də analizin edilməsi mütləqdir. Burada sayt və linkdən satıcıya olan keçidləri (affiliate link clicks), kliklənmə faizi (CTR), satış faizi (conversion rate), xərclər (hər satış üçün xərc – CPA) və s. ölçülməli və müxtəlif məzmunların effektivliyi müqayisə edilməlidir.
Digital Marketing Kursları
Digital marketing nədir sualına cavab tapdıq. Bəs bu sahəni peşəkar şəkildə öyrənmək üçün hansı kursdan faydalanmaq mümkündür? Bu barədə ölkədə aparıcı digital marketing komanda tərəfindən təşkil edilən 4 aylıq Digital Marketing Kursu tövsiyə olunandır.
Digital marketing kursuna daxildir (Rəqəmsal marketinq kursu sillabusu)
Rəqəmsal marketinq kursu Qeydiyyat
Digital Marketing sualları
Rəqəmsal marketinq barədə ən çox verilən suallar burada qısa şəkildə əhatə olunub. Digital marketing nədir və hansı növləri var? Rəqəmsal marketinqə aid müxtəlif sahələri bilmək bu sahəni öyrənmək üçün vacibdir.