Digital Marketing Strategiyası Qurulması – Rəqəmsal Marketinq
Digital Marketing strategiyası rəqəmsal kanallar vasitəsilə biznes məqsədlərinə çatmaq üçün görüləcək işlərin planıdır. Əsasən Rəqəmsal Marketinq strategiyası həmin online kanallar üzrə ayrılıqda hansı fəaliyyətlərin görüləcəyini, digital marketing KPI-larını, istifadə olunacaq taktikaları əhatə edir.
Digital Marketing strategiyaları hansı hissələrdən ibarət olur?
Rəqəmsal Marketinq strategiyasının komponentləri online kanallardır və hər bir kanalın brend tanıtımı, online sayt trafiki, satış və gəlirlilik üzrə fərqli hədəfləri olur. Bu hədəflərə çatmaq üçün ən optimal həll yolları strategiya qurulmazdan öndə bazar araşdırması ilə müəyyən edilir. Strategiyanı formalaşdırarkən digital marketing üzrə bazar araşdırması və büdcə bölgüsü vacib amillər hesab olunur.
Digital Marketing strategiyası nə üçün vacibdir?
Strategiya olmadan alınacaq digital marketing xidməti almaq çox risklidir. Uzunmüddətli hədəflərin müəyyən edilməsi ilə rəqəmsal fəaliyyətin dəyərləndirilməsi daha asan həyata keçirilir. Şirkət və ya sahibkarlar alınan xidmətin biznes hədəflərinə çatmaqda hansı rolu oynadığını müşahidə edə bilir.
Eləcə də şirkət hansı hədəflərə çatıldığını, hansıların prioritet olduğunu görə və bunun əsasında mütəmadi auditlər edə bilir. Rəqəmsal Marketinq strategiyası olmadan digital marketing kampaniyalarının hansı biznes hədəflərinə xidmət etdiyini müəyyənləşdirmək mümkün olmur. Beləcə strategiya olmadan rəqəmsal marketinq büdcəsinin səmərəsiz istifadə edilmə riski yaranır.
Digital Marketing Roadmap nədir?
Digital Marketing Roadmap rəqəmsal strategiyaların tarix üzrə bölgüsünü özündə əks etdirir. Rüblük, aylıq və hətta həftəlik fəaliyyət bölgüsünü bu planda görmək mümkündür. Roadmap digital marketing strategiyası üzrə vizual təqdimat növü kimi uzunmüddətli planları və görüləcək rəqəmsal marketinq fəaliyyətini ehtiva edir. Beləcə şirkətlər büdcəni, rəqəmsal fəaliyyəti həyata keçirəcək şəxsləri, hansı müddətlər üzrə hansı işlərin görüləcəyini detallı şəkildə analiz edə bilir.
Digital Marketing strategiyası necə qurulur?
Digital marketing strategiyasını qurmaq bəzi mərhələlərdən ibarətdir. Bunlara biznes hədəflərinin təyini, bazar araşdırması və rəqabət analizi, hədəf auditoriyasının seçilməsi, büdcə planlaması, online marketinq kanallarının müəyyən edilməsi, online kanallar üzrə düzgün məzmun və reklam hədəfləmə planlamasının aparılması və digər proseslər daxildir.
1. Biznes hədəfinin təyin edilməsi
Sahibkarlar digital marketing fəaliyyətinə başlamazdan öncə biznes hədəflərini müəyyən etməlidirlər. Məsələn, müştərilərin sayını 20% artırmaq və ya gəliri sonrakı rüb üçün 10% artırmaq kimi mütləq hədəflər qoyulmalıdır.
Hədəfləri müəyyən edərkən SMART hədəflər müəyyən edilməlidir. SMART, yəni S – spesifik, M – measurable/ölçüləbilən, A – achievable/çatması mümkün olacaq real hədəflər, R – relevant/biznesinizə uyğun, T – time bound/müəyyən vaxt üçün planlanan. Rəqəmsal strategiyada əsas məqsəd və ona çatmaq üçün kiçik hədəflər müəyyən etmək daha məqsədəuyğundur.
Hədəflər KPI-lara çevrilərək aşağıdakı şəkildə təqdim oluna bilər:
- mobile app yüklənmə sayını 2 ay ərzində 10.000-ə çatdırmaq və hər yükləmə üçün ödənişi (CPI) $0.30 altında tutmaq
- satış başına reklam xərcini (CPA) 2%-dən çox artırmamaq şərti ilə online satışları 1 ay ərzində 5% artırmaq
- 1 həftə ərzində hər 1000 göstərilmə üçün xərci (Avg. CPM) $3-dan aşağı tutmaq şərti ilə 3 milyon göstərilmə əldə etmək
- 6 ay ərzində Google axtarış nəticələrindən cəlb olunan trafiki 10% artırmaq
- 2 ay ərzində Google axtarış nəticələrində top 3-lüyə daxil olmaq
Google reklamlarında KPI təyini ilə bağlı məqaləmizi oxuya bilərsiniz.
2. Bazar araşdırması və Rəqabət analizi
Ayıracağınız büdcənin təyinində əhəmiyyətli rola malik olan faktorlardan biri bazardakı rəqabətdir. Rəqiblərin istifadə etdiyi reklam, hədəfləmə və məzmun strategiyaları, brend imici və reputasiya üzrə fəaliyyəti, büdcə ayırdığı online marketinq kanallar nəzərdən keçirilməlidir. Rəqiblərin mövqeləndirilməsində fərqli metodlardan istifadə oluna bilər. Perceptual mapping, SWOT analizi, SERP analizi, Sosial mediya rəqabət analizi, Semrush, Similarweb, Alexa kimi alətlərlə vebsayt analizləri bu mərhələdə istifadə oluna bilər.
3. Hədəf auditoriyanın seçilməsi
Alıcı personanın müəyyən edilməsi ilə bu mərhələyə başlamaq olar. Alıcı profilini formalaşdıran amillər:
- Demoqrafik məlumatlar (məs. yaş, cins)
- Texnoloji məlumatlar (məs. cihaz, əməliyyat sistemi)
- Davranışlar və maraqlar (məs. idman edən, smartsaatla maraqlanan)
- Ehtiyaclar (məs. texnoloji məhsullar)
- Şikayətlər (məs. texnoloji məhsulların qarantiyası ilə bağlı problemlər)
Bu amilləri nəzərə alaraq alıcı personanı formalaşdırmaq və məzmunları, brend mesajını və reklam hədəfləməsini bu auditoriyalara uyğun olaraq planlamaq lazımdır.
4. Büdcə planlaması
Digital marketing araşdırması ilə mövcud reklamverənlərin istifadə etdiyi sosial mediya və digər kanallardakı məzmunlar, reklamsız əldə etdikləri axtarış trafikinin həcmi kimi faktorlar rəqəmsal fəaliyyətdə lazım olacaq büdcənin proqnozlaşdırmasına önəmli rol oynayır. Büdcə planlanarkən aşağıdakı amillər nəzərə alınmalıdır:
- online platformalarda reklam xərcləri (məs. Google Ads, Social Media)
- məzmun hazırlanması üçün xərclər (məs. blog, banner, video)
- digital marketing xidməti üçün xərclər
- digital marketing alətləri üçün ödənişlər
Burada qeyd olunan xərclər Rəqəmsal Marketinq fəaliyyətinə aid olan əsas xərclərdir. Araşdırma, analiz, optimizasiya və icraetmə prosesinin hər addımında bizim xərcləri hesablamamız vacibdir.
5. Online marketing kanallarının müəyyən edilməsi
Hədəf auditoriyası, reklam mesajı və məhsul və ya xidmətin satış tuneli barədə planlama başa çatdıqdan sonra rəqəmsal fəaliyyəti həyata keçiriləcək kanallar müəyyən edilir. Digital Marketing kanallarını müəyyən edərkən KPI-lara uyğun olaraq büdcə bölgüsü, platformalar üzrə rəqabət və texniki imkanların hamısı nəzərə alınmalıdır. Nümunə:
- Bəzi hallarda sosial mediya bizimlə müştəri arasında əsas kommunikasiya vasitəsi sayıla bilər. Alıcı kütlə qərarvermə mərhələsində sosial mediyada vaxt keçirirsə məhsul və ya xidmətin üstünlükləri və endirimlər barədə məlumatlandırma sosial mediya kanallarında həyata keçirilməlidir. Sosial mediya kanalları arasında Facebook, Instagram, daha korporativ kanal kimi Linkedin sıralana bilər. Bununla yanaşı yeni inkişaf edən və aktuallaşan Tiktok və Pinterest kimi alternativ platformalar da yaxın gələcəkdə nəzərə alınmalı rəqəmsal məcralar hesab olunur.
- Əgər məhsul və ya xidmət barədə məlumatın əldə olunması və satışın həyata keçirilməsi daha çox Google kimi axtarış sistemlərində həyata keçirilirsə, bu zaman SEO xidməti ilə pulsuz olaraq saytı yuxarı sıralarda çıxararq pulsuz trafik cəlb etmək və ya qısa müddətdə effektiv nəticə əldə etmək üçün Google reklam xidmətindən yararlanmaq olar. SEO və Google reklamları axtarış kanalları üzrə istifadə olunacaq vasitələr sayıla bilər.
- Əgər potensial müştərilər YouTube üzərindən məlumat əldə edirsə və ya reklamverən şirkət vebsaytlar və YouTube videolarında reklam hədəfləməsi ilə müştəri qərarına təsir edə biləcəyini düşünürsə, bu zaman YouTube Video reklamları, Google Display reklamları və Google Discovery reklamları kimi kanallar strategiyaya əlavə olunur. Əlavə olaraq RTB, Criteo kimi reklam servisi verən digər platformalar da buraya daxil edilə bilər.
6. Məzmun planlaması və doğru mesajın seçilməsi
Digital marketing məzmunları hədəf kütləsi və rəqəmsal marketinq kanalına uyğun olaraq formalaşdırılır. Müştəriyə çatdırılacaq marketinq mesajı məzmunlarda öz əksini tapır. Marketinq şöbəsi digital marketing platformalarında müştərini məlumatlandırmaq, kommunikasiya ilə brendi, məhsul və ya xidməti tanıtmaq üçün reklam mesajını formalaşdırmalıdır. Məzmun və mesajın seçilməsi zamanı aşağıdakı suallar cavablandırılır:
- Reklamın hədəfi brendi tanıtmaq yoxsa satışları artırmaqdır?
- Auditoriyanın ehtiyacları, şikayətləri nələrdir?
- Biz rəqiblərdən fərqli olaraq nələri təqdim edirik? Niyə biz?
- Hədəf auditoriyası hansı növ məzmunlara müsbət reaksiya verir?
- Hansı mövzular müştəriləri maraqlandırır?
- Məzmunla müştərinin davranışı (engagement) necə baş verir?
- Video reklamdırsa ilk neçə saniyəsi mesajı əhatə etməlidir, vizual olaraq hansı hissədə mətn olmalıdır? (və bu kimi texniki nüanslar)
7. Hədəfləmə və reklam strategiyası
Hədəf auditoriyasına mesajı çatdırmaq və reklam KPI-larına çatmaq üçün doğru hədəfləmə önəmlidir. Digital marketing reklamları bu istiqamətdə bir çox imkanı bizə təqdim edir. İzləyiciləri davranışlarına, maraqlarına, izlədikləri məzmunun mövzusuna, axtardıqları açar sözlərinə, demoqrafik və texnoloji məlumatlara, biznesimizlə daha öncə əlaqə yaradıb-yaratmadığına və bu kimi bir çox parametrə görə hədəfləyib seqmentləşdirə bilərik.
Digital Marketing strategiyası hansı hissələrdən ibarətdir?
1. SEO strategiyası
SEO – axtarış motorlarının optimizasiyası mənasına gəlir və Google, Yandex, Bing kimi saytların axtarış nəticələrində saytınızın reytinqini artırmaq fəaliyyətinə verilən addır. SEO xidməti axtarış nəticələrindən reklamsız və pulsuz trafik cəlb etmə imkanı yaradır. SEO strategiyası hədəflərin müəyyən edilməsi ilə başlayır və görüləcək işləri özündə əhatə edir. SEO strategiyasının daxilində qısamüddətli və uzunmüddətli hədəflər, hansı açar sözlərindən trafikin cəlb olunması, saytda paylaşılacaq məzmunların strategiyası, saytdakı texniki problemlərin audit edilməsi, rəqiblərin daim izlənilməsi və bu kimi fəaliyyətlərin ümumi planı daxildir.
2. Google Reklam strategiyası
Google Ads platformasında reklam xidməti internet istifadəçilərinin təxminən 90%-ə mesajımızı çatdırmaqla biznes hədəflərinə çatmağa kömək edir. Google axtarış nəticələrində reklam göstərmək, YouTube videolarında video reklam vermək, vebsaytlarda və mobil tətbiqlərdə istifadəçiləri hədəfləmək, nəticələrin daimi analizi, optimizasiya üsullarının tətbiqi, rəqabət analizi və bu kimi fəaliyyətlərin planlanması buraya daxildir. Google reklam strategiyası bu fəaliyyətin daha planlı olması və hədəflənən KPI-lara çatmaq üçün vacibdir.
Qeyd: Google reklamları və SEO üçün axtarış sözlərində trendləri və rəqabət analizində Keyword Plannerdən istifadə edə bilərsiniz.
3. Sosial mediya strategiyası
Sosial mediya strategiyasının əsasını sosial kanallar üzrə orqanik və reklam məzmunlarının planlanması, kommunikasiya metodlarının müəyyən edilməsi, reklam üçün hədəf auditoriyasının müəyyən edilməsi, rəqabət analizləri və məlumatların analiz edilməsi kimi fəaliyyətlərin planlanması daxildir. Facebook, Instagram, Linkedin və digər sosial mediya məcralarında istifadəçilərin satış qərarına təsir etmək, brendə olan təəssüratını formalaşdırmaq və ya dəyişdirmək sosial mediya strategiyasının mərkəzində duran məqsədlər arasındadır.
4. Məzmun strategiyası
Məzmun strategiyası marketinq şöbəsi ilə ortaq müzakirələr əsasında, məhsulun və ya xidmətin, o cümlədən brendin imici barədə formalaşdırılacaq təəssüratı nəzərə alaraq müəyyən olunur. Digital marketing xidməti daxilində texniki məzmun təlimatı və satışı artıracaq məzmunlar barədə təkliflər şirkətə təqdim olunur. Əldə olunan nəticələrin analizi əsasında məzmun strategiyasında daimi dəyişikliklər, sezonlara görə fərqli məzmunların təyini baş verə bilər.
5. Rəqəmsal Analitika strategiyası
Sayta gələn istifadəçilərin bütün fəaliyyətinin izlənilməsi, reklam və orqanik nəticələrinin analizi, optimizasiya üsullarından və digital marketing alətlərinin imkanlarından tam istifadə edilməsi üçün tənzimləmələrin aparılması kimi fəaliyyətlər Rəqəmsal Analitika və ya Veb Analitika strategiyasında işlənilir. Bu strategiyada istifadə olunacaq alətlər müəyyən edilir, data analizi üçün struktur qurulur, optimizasiyaya müsbət təsir edəcək göstəricilər (metrics) müəyyən edilərək onların detallı izlənilməsi üçün izləmə (tracking) kodları quraşdırılır, analiz və hesabat üçün panel (dashboard) quraşdırılır, Data Studio dinamik hesabatları hazırlanır. Bütün bu fəaliyyətlərin icrası və nəzarəti rəqəmsal analitika strategiyasında öz əksini tapır
5. Audit və Optimizasiya strategiyası
Rəqəmsal analitika imkanlarından istifadə etməklə bütün yığılmış məlumatlar analiz edilir və nəticələr çıxarılır. Optimizasiya üsullarının öncədən təyin edilməsi, istifadə olunacaq alətlərin seçilməsi və KPI-lar əsasında audit və optimizasiya planı bu strategiya daxilində aparılır. Uzunmüddətli hədəflərə çatmaqda və mütəmadi xərclərə qənaət edilməsində audit və optimizasiya strategiyasının rolu böyükdür. Araşdırma və Təkmilləşmə (Research & Development) fəaliyyəti bu strategiyanın önəmli hissələrindən hesab olunur. Çünki yenilənən digital marketing alətləri və rəqəmsal platformalar daim araşdırma tələb edir.
6. CRO strategiyası
Saytda istifadəçilərin hərəkətlərini izləyərək onlara daha yaxşı təcrübə yaşatmaq və nəticədə satış faizini (conversion rate) artırmaq üzrə aparılacaq işlərin planlanması CRO strategiyasına aiddir. CRO strategiyası da eynilə Rəqəmsal Analitika alətləri və data analiz üsullarının istifadəsi ilə reallaşdırılır.
7. CRM strategiyası
CRM müştəri bazasının istifadəsi ilə müştəri auditoriyası üzərində loyallıq qurulması üçün görüləcək işlər burada öz əksini tapır. Həm rəqəmsal marketinq üzərindən, həm də offline olmaqla CRM kanalları üzrə planlama qurulur. Digital marketing xidməti ilə email marketinq üzərindən CRM strategiyası reallaşır. O cümlədən sosial mediada chatbot istifadəsi, şəxsi mesajlaşma və saytdaxili loyallıq tətbiqləri bu strategiyanın ayrılmaz hissələri hesab olunur.
Rəqəmsal marketinqin digər kanalları və müsair həll yolları üzrə də metodları buraya aid etmək olar. Lakin məqaləni mövzudan çox uzaqlaşdırmamaq üçün əsas strategiyaları sıralayaraq burada yekunlaşdırırıq.
Bu və daha çox konseptləri Digital Marketing Kursu ilə öyrənə bilərsiz. Rəqəmsal Marketinq kursu.