Home » Digital Marketing Bloqu » Google reklamlarının üstünlükləri nələrdir?

Google reklamlarının üstünlükləri nələrdir?

tutorial about benefits of google ads service, google ads xidmeti, google reklam xidmeti

Google Ads və ya Google Reklamları – daim yenilənən və dünyada internet istifadəçilərinin demək olar ki, hamısını hədəfləyə biləcəyiniz reklam platformasıdır.

Əgər innovativ bir məhsul bazara buraxırsınızsa və ya axtarışları çox az olan xidmət sektorundasınızsa, bu zaman Display və Video reklamlarındakı hədəfləmə imkanlarından yararlana bilirsiz.

Əgər brendinizi yeni insanlara tanıtmaq istəyirsinizsə brand awareness reklamları verə və ya mövcud müştərilərinizin daim yaddaşında qalmaq istəyirsinizsə saytınızı ziyarət edən istifadəçiləri yenidən hədəfləyə bilirsiniz.

Bəzi şirkətlər üçün isə hər üç reklam kanalı istifadə edilməlidir. Xüsusən remarketing, brendin axtarışlarda birinci çıxması, davamlı Video reklamları hədəf kütləsinə brendi tanıtmaq və mövcud alıcılarda loyallığın qorunmasına kömək edir.

Google Ads’in verdiyi imkanların bəziləri:

  • Dəqiq kütlə hədəfləməsi – yaşa, cinsə, cihaz növünə (məs. mobil, desktop, televizor və s.), operativ sistem (məs. android, windows və s.), gündəlik davranışlarına görə, istofadəçilərin daxil olduqları sayt kateqoriyalarına görə və s.
    Qeyd: Google istifadəçi vərdişlərini Google axtarışları, location izlənilməsi, YouTube izləmə tarixçəsi, girdiyiniz saytlar və s. məlumat mənbələrindən analiz edərək müəyyən edə bilir və reklam verənlər üçün hədəfləmə imkanı yaradır.
  • Dəqiq kontent hədəfləməsi – hansı mövzuda olan saytlar və spesifik hansı reklam yerləşimlərində reklamınız görünsün istəyirsinizsə bunu təyin etmə imkanı: Spesifik kateqoriya (məs. oyun, əyləncə, texnologiya), saytlar, YouTube kanalları və mobil tətbiqlər.
  • Saytınıza girən istifadəçiləri yenidən hədəfləmə, baxılan məhsulları yenidən qarşılarına çıxarma imkanı
  • Satışların və satış gəlirinin izlənilməsi və nəticədə reklam faydalılığının ROI’nin hesablanması.
  • Axtarış reklamlarında rəqiblərin vəziyyəti, açar sözləri ilə bağlı trend analizi və bazar payının faiz göstəriciləri ilə hesabatının verilməsi
    Qeyd: Burada qeyd olunan dataların toplanması üçün mütləq şəkildə kifayət qədər reklam xərci ayırmaq lazımdır. Əks halda şirkət realda zənn etdiyi alıcı auditoriyasını rəqəmsalda tapa bilməyəcək.
  • Reklam xərclərini anında (real-time) idarə etmə imkanı. Beləcə günün istənilən saatında, istənilən auditoriya/məzmun/açar sözü hədəfləmələrini və xərc bölgüsünü dəyişə bilmək. Klasik marketinq reklamlarından fərqli olaraq bu çeşidlilik və funksionallılar digər rəqəmsal reklamlar kimi Google reklamlarının üstünlüyü sayılır.
Google Reklam Üstünlükləri – Google Ads Xidmeti

 

Similar Posts