Google Reklam Xidməti – Google-da Reklam Verməyə Dəyərmi? +VİDEO
Google-da Reklam Verməyə Dəyərmi? Ilk öncə bu sualı cavablamazdan əvvəl bizim hədəflərimiz müəyyən edilməlidir. Əlbəttə ki, büdcəmiz, hədəflərimiz və bunlara uyğun olaraq da strategiyamız müəyyənləşməlidir. Strategiyamızın təyin olunmasında müştəri davranışları çox önəmlidir və biz müştərilərimizi Google üzərindən cəlb edə biləcəyiksə, onda Google-da reklam verməyə dəyər. Amma həqiqətən də büdcə limitimiz varsa və Google-da müştəri cəlb etmək bizə baha-başa gələcəksə, bunu əvvəlcədən necə müəyyənləşdirmək olar? Mən daha öncəki dərslərdə keyword planner haqqında məlumat verdim, hansıki siz axtarış reklamlarında olan rəqabəti analiz edə bilərsiz. Daha detallı analiz üçün rəqiblərin saytlarını analiz etmək lazımdır. Bunun üçün də bəzi alətlər var ki, artıq peşəkarlar istifadə edirlər.
Əgər siz alıcı qərarına təsir edə bilirsinizsə, siz ordan müştəri cəlb edə bilərsiniz. Müştərinin sizin məhsulunuzu və ya xidmətinizi almasına səbəb olan təsirlər, faktorlar Google reklamları tərəfindən müəyyənləşdirilə və siz reklamlarınızla həmin o alıcı qərarına təsir edə bilərsiniz. Məsələn müştəri axtarır və siz axtarış reklamı qarşısına çıxarırsınız və trafik cəlb edirsiniz. Sizin saytınızda onun axtardığı mövzu ilə bağlı məlumat var. Əgər sizlə bağlı müştərinin hər hansı bir tərəddüdü varsa, sizin brendinizin tanınırlığını yaradan, siz və müştəri arasında bağlılıq yaradan hər hansı bir səbəb olsun onla bağlı siz brand awareness-lə bağlı videolar verirsiniz və müştərilər sizdən alarkən nə kimi imkanlar əldə edə bilərlər bunları qeyd edirsiniz. Siz Google-da reklam verməkdən yararlanmaq istəyirsinizsə, həqiqətən də siz müştərinizin internetdəki davranışlarını bilməlisiniz.
Məsələn, elə sahələr var ki, onlar ümumiyyətlə Google-dan faydalana bilmirlər. Ya onların bu barədə məlumatı yoxdur, ya da həqiqətən də ölkədə internet istifadəçiləri həmin məhsulu və xidməti Google-dan almır, yəni Google-da axtarış etmir. Bu çox zaman elə məhsullar olur ki, hansı ki insanlar bu məhsulları sosial media üzərindən axtarış edirlər və ya alırlar. Başqa tərəfdən dostlarından maraqlanırlar və s.
Amma düşünsək ki, biz internet dövründəyik və müştərilərin əksəriyyəti araşdırma qabiliyyətinə malikdir, xüsusən də yeni nəsil onlar istənilən platformada, istənilən youtube kanalında və istənilən axtarış sözündə hədəfləyə bilərik. İstənilən dedikdə burda kütlənin 90-95 faizindən söhbət gedir. Onları düzgün hədəfləyərək də biz onların satış qərarına təsir edə bilərik və bununla da satışımızı artıra bilərik. Kommunikasiyanı ancaq Google Ads üzərindən qurmağınız məsləhət deyil, özümün ixtisasım olduğu üçün Google Ads bəs edər deməyim qeyri-peşəkarlıq olar. Google reklamı dijital marketinqin bir hissəsidi.
Biz xidmət olaraq təkcə şirkətlərə Google Ads-i təklif etmirik. Mən özüm Google reklam eksperti kimi tanınsam belə, mən rəqəmsal analtik ekspertiyəm və o cümlədən SEO xidməti təklif edirəm. Onlara həm Google Ads-dən, həm də SEO xidmətindən uğurlu nəticələr veririk. Bu xidmətlərin hər birini uğurlu aparıb, şirkəti daha yaxşı yerlərə gətiririk. Biz development komandamızda şirkətin saytında trackinglər qoşuruq və istifadəçilərin davranışlarını izləyirik və bu davranışlara uyğun da onları segmentləşdirib reklam auditoriyası kimi yenidən istifadə edirik.
Düzgün trafik kanallarını, düzgün personanı müəyyənləşdirib sonradan strategiyamızı daha optimallaşdırmış şəkildə davam etdiririk. Buradan bu məna çıxır ki, sadəcə Google Ads-ə fokuslanaraq gəlir gətirmək mümkündür mü? Mümkündür. Amma sadəcə google Ads-ə fokuslanaraq digər sahələri unutmaq çox böyük yanlış olardı. Çünki Rəqəmsal Marketinqə biz 360 dərəcə baxmalıyıq. Biz bütün kanalların effektivliyini eyni dərəcədə inkişaf etdirib dəyərləndirməliyik.
Burada Google Ads istifadə eləmək SEO-nun dəyərini düşürmür və ya SEO istifadə eləmək Sosial Medianın dəyərini düşürmür. Hər biri bir-birini dəstəkləyən şəkildə kommunikasiya vasitəsi kimi istifadə edilməlidir və hansının önəmi şirkət üçün, məhsul üçün, brend üçün daha önəmlidirsə, büdcə o istiqamətə daha çox xərclənməlidir. Bunların hamısının başında isə sizin strategiyanızın müəyyənləşdirilməsi durur.