Google Display (GDN) Reklamlarının Yaradılması
Google Ads platformasında görüntülü reklamlar və ya Google Display kampaniyası yaradaraq internet istifadəçilərinə öz məhsul və ya xidmətinizi, brendinizi tanıda bilərsiniz. GDN reklamları olaraq da bilinən Google Display reklamları sizə aşağıdakı imkanları verir:
- Statik şəkil və animasiya (html5) reklamlar vermək
- Auditoriya və məzmuna görə detallı hədəfləmə vermək. (Məsələn, “qadın paltarı” ilə maraqlanan alıcı kütləsini hədəfləmək və ya YouTube-da geyimlə bağlı videolarda izləyicilərə reklam göstərmək)
- Saytınıza yeni istifadəçilər və potensial alıcılar cəlb etmək
- Saytınıza daxil olmuş, lakin sizdən məhsul və ya xidmət almamış istifadəçiləri yenidən hədəfləmək
- Brendinizi mobil, tablet, desktop kimi müxtəlif cihazlarda istifadəçilərə tanıtmaq və brendinizin yaddaqalan olmasını təmin etmək və s.
Google Ads platformasında Display reklamlarının yaradılma qaydasını aşağıdakı videoda praktiki şəkildə göstərmiş, Azərbaycanda müxtəlif auditoriya və məzmun hədəfləməsi ilə necə reklam veriləcəyini göstərmişəm: