Home » Digital Marketing Bloqu » Google Reklamları nədir? Google reklamlarına giriş +VİDEO izah

Google Reklamları nədir? Google reklamlarına giriş +VİDEO izah

kamal allazov google reklami nedir, google ads nedir

Google reklamları reklamverənlərə internet istifadəçilərinin təxminən 90%-ə qədərinə çatma imkanı verir. Google Adwords reklam platformasının əsası 23 oktyabr 2000-də qoyulmuşdur. “PPC” modelinə keçdikdən sonra platforma daha da təkmilləşdirilib. Hal-hazırda display, video və axtarış sistemlərindəki reklamlarla istifadəçilərə çatır. 2018-ci ildə adı “Google Ads” olaraq dəyişdirilmişdir və bunu “SEO”-dan fərqləndirmək lazımdır.

Google Axtarış reklamları

google axtaris reklami nece gorunur, how google search ad appear on results
Google Ads axtarış reklamı nümunəsi

“Google Ads” və “SEO” arasında müəyyən bir fərq var. Biz axtarış etdiyimiz zaman ilk 3-lükdə və ya 4-lükdə “Google” reklamlarını görə bilərik. “Google” reklamlarının küncündə “Ad” etiketi olur və bu onun reklam olduğunu bildirir. Baxmayaraq ki, bu etiket var bəzi istifadəçilər reklamlarla orqanik nəticələri ayıra bilmir.

Orqanik nəticələr saytınızın Google-da indeksləndikdən sonra orqanik olaraq çıxmasına deyilir.

Orqanik nəticələrdən aşağıda da biz bəzən reklamlar görə bilərik. Bunun səbəbi ondadır ki, həmin reklam verənlərin ya keyfiyyət göstəriciləri(quality score) aşağıdır, ya da onların təklif maliyyəti(bid) aşağıdır, yəni bir klik üçün onlar Google-a müəyyən bir “bid” irəli sürürlər məs: 2 sent, 3 sent və ya 10 sent əgər bu rəqabət nəticəsində digər saytlardan aşağı olarsa, sizin reklamınız aşağıda çıxır.

SEO” mahiyyət etibari ilə sizin saytınızın indekslənməsi nəticəsində pulsuz olaraq Google axtarış nəticələrində çıxmağınızdır. Siz saytınızın optimizasiyalarını edirsiniz, “metatag”-lərini yazırsınız, saytınızın sürətli yüklənməsini və bir çox texniki detalı hazır şəklə gətirdikdən sonra saytınızı indeksə verirsiniz.

İndeksləmədən sonra Google artıq orqanik və pulsuz olaraq saytınızı Google Ads-ə nisbətdə daha uzun müddətdə axtarış nəticələrində çıxarır. Google Ads- də siz indekslənmə müddətini gözləmirsiniz.

Məsələn, siz reklamınızı indi verirsiniz, reklamınız aktivləşir və axtarış nəticələrində dərhal çıxmağa başlayırsınız. Amma Google Ads-də nəticəniz büdcəniz bitdikdə, reklamınız dayandıqda axtarış nəticələrindən yox olur. 

Google Display reklamları

“Google Display Network” reklamları isə şəkildə gördüyünüz kimidir, bunlar Kontakt Home-un 8 mart ərəfəsində verdiyi display reklamlardır. Google Display Network-ü Google-un əməkdaşlıq etdiyi saytlarda görə bilərsiniz. Bu reklamlar banner tipli olur və yaxud da banner reklamları ilə birgə tekst də yerləşdirilə bilər.

kontakt home google ads examples, google reklami vermek
Google Ads üçün təqdim olunan Kontakt Home banner reklamları

Google Video Reklamları (Youtube Video reklamları ilə)

Video reklamları əsasən Youtube platforması üzərindən verilir. Əgər youtube reklamları başqa bir saytda da yerləşdirilərsə, youtube vasitəsilə biz həmin saytlarda da reklamı görə bilərik. Reklamın bir çox növləri var:

“Skippable” – 5 saniyə keçdikdən sonra reklamı bağlaya bilirik.
“Non-skippable” – 15-30 saniyə çəkir və biz bu reklamları bağlaya bilmirik.
“Bumper” – 6 saniyəlik reklamlardır və bağlaya bilmirik.

google reklami youtube video reklamlari, google ads video reklamlari
Google Ads üzərindən verilən YouTube video reklamları

Bu reklam növlərinin hər birinin xərcləri fərqlidir. Xərc etibari ilə bağlana bilməyən reklamlar daha baha hesab olunur. Bu reklamlardan əlavə başqa axtarış reklamları da var. Bunlar Youtube-da axtarış reklamları hesab olunur. Çünki tekst reklamlarıdır və axtarış sistemində çıxır.

youtube axtaris reklami google ads, google reklami youtube axtaris
Google Ads reklamı ilə YouTube axtarış nəticələrində çıxan mətn reklamları

Google Ads və Google Adsense-in fərqləri haqqında da danışmaq istəyirəm, çünki bu platformalar adlarına görə qarışdırıla bilir.  Google Adsense – google banner reklamlarını saytınızda yerləşdirilməsi üçün əməkdaşlıq etdiyiniz bir platformadır.

google ads vs google adsense, google ads nedir google adsense nedir
Google Ads və Googlel Adsense loqoları

Google Partnerlik

Google Marketing Platform-un (GMP)  tərkibində pullu və ya pulsuz bir çox analtik alətlər və yaxud reklam verəcəyiniz alətlər, datalarınızı vizuallaşdıracağınız alətlər mövcuddur. Google partner-lik agentliklərə verilir. ə

Əvvəllər agentliklərin tələbləri fərqli idi, indi hal-hazırda dəyişdirilir və ümumi olaraq deyə bilərəm ki, 3 ay ərzində 10 min dollardan yuxarı xərcləyən agentliklərə Google partner-lik verilir. Premier Partner-lik isə ildə bir dəfə seçilir.

Premier Partner-lərin xərc tələbi ölkələrə görə dəyişir. Ortalama olaraq 3 aya 100 min dollar olaraq müəyyən edilmişdir. Bəzi ölkələrdə 80 min, bəzilərində daha çox ola bilər.

google partner nedir, google partner kimdir. google marketing platform nedir
Google Marketing Platform-a aid olan xidmətlər və Google Partner loqoları

Pay-Per-Click (PPC) modeli

Google reklamları klik başına ödəmə sistemi ilə işləyir və əgər istifadəçi reklamınıza klik elədisə, o zaman siz müəyyən bir məbləğ ödəyirsiniz. Lakin klik eləməsə, heç bir məbləğ ödəmirsiniz. 
Əlaqəli Terminlər:

  • CPC
  • CPM
  • CPC vs CPM ödəmə modelləri

Məhz CPM və CPC modeli buna görə fərqlənir ki, CPM modeli hər min baxışa görə müəyyən bir ödəniş edilirdi. CPM modelində müştəri klik etməsə də ödəniş edirsiniz. Amma CPC modelində müştəri klik etməsə ödəniş etmirsiniz.

CPM modelində istifadəçi zərəri o vaxt edir ki, onun reklamları keyfiyyətdi deyil və kliklənmir amma yenə də pul ödəyir. Ancaq düşünə bilərsiniz ki, CPC modelində reklamımızı çox adama göstərə bilərik və bizdən heç bir pul çıxmaz, amma bu belə deyil.

Reklamınız nə qədər çox kliklənməsə bu reklamınızın keyfiyyət göstəricisinə təsir edir və alqoritm reklamınızın keyfiyyətsiz olduğu qənaətinə gəlir. Artıq 1 klik sizə 10 sentə, 20 sentə yox, 1 dollara başa gəlir. Yəni bir sözlə CPC modelində də, keyfiyyət göstəriciləri ilə modeli tənzimləyiblər.

Ödəmə üzrə Təklif növləri – Bidding types

Cost per Click(CPC) – Display, axtarış reklamlarında istifadə oluna bilir. Müştəri kliklədiyi zaman siz müəyyən bir məbləğ ödəyirsiniz. Keyfiyyət göstəriciləriniz(quality score) yaxşı olsa və rəqabət az olsa, cost per click-niz çox aşağı olur. 

Cost per Mile (thousand)(CPM) – Həm display reklamlarında, həm də video reklamlarında istifadə olunur. Min baxışa görə siz müəyyən məbləğ ödəyirsiniz. 1.5 dollar ödəyirsiniz və reklam min müştəriyə göstərilir. 

Cost per View (CPV) – Məsələn 1 dəqiqəlik videonuz var və müştəri videonun 30 saniyə və daha çox baxıbsa, bu baxışa görə müəyyən məbləğ ödəyirsiniz. Azərbaycan bazarında bu məbləğ çox aşağıdır. Amma xarici bazarda rəqabətə görə daha çoxdur. Əgər sizin reklamınız 20 saniyədirsə, müştəri gərək bu reklamın hamsına baxsın ki, bu bir baxış olaraq sayılsın.

Cost per Action (CPA) – Bu model isə conversion-a görə ödəmədir. Bu model daha çox satışı çox olan və conversion-ı çox olan hesablarda keçərlidir. Tutaq ki, sizin conversion-nız ay ərzində 150-200-sə, siz CPA modelinə keçirsiniz və ancaq satış olanda və yaxud da saytınızı conversion olaraq qeydiyyatdan keçirə bilərsiniz Google Ads sistemində və beləliklə siz ancaq satış olan zaman pul ödəyirsiniz. Amma bunun müəyyən şərtləri var. Google Ads tələb edir ki, sizin son ay ərzində kifayət qədər conversion-nız olsun və siz o limiti ötdükdən sonra bu modelə keçə bilirsiniz, çünki ola bilsin ki, sizin məhsulunuz çox istifadəçiyə görsənir amma heç bir qeydiyyatınız yoxdur.

Pandemiya dövrü olduğu üçün artıq bir çox şirkət satışını onlayn həyata keçirmək istəyir. Xüsusilə, karantinin sərt olduğu – hər yerin bağlı olduğu dövrdə Google reklamlarının nə qədər vacib olduğunu gördük.

Şirkətlərin bir çoxu Facebook, İnstagram və Google reklamlarına pul xərclərini 2-3 dəfə artırdı. Biz Google-da axtarış edən zaman, saytlarda, youtube-da bir çox firmanın reklamlarına rast gələ bilərik. Filiallar açıq olmadığı üçün insanlar onlayn sifariş verməyə başladılar və tələbar kəskin şəkildə artdı axtarışlarda.

Biz bunu Google Trend vasitəsilə müşahidə edə bilərik. Telefon axtarışları, komputer axtarışları və ya məişət texnikasına xas olan axtarışlar və onlayn təhsillə bağlı olan axtarışlar karantin dövründə həddən artıq çox idi. Bununla belə, müəyyən şirkətlərin əgər saytları yox idisə, sayt yığdırmağa başladılar.

Əgər saytları var idisə SEO xidmətlərinə və Google Ads-lə məhsullarını reklam etməyə başladılar. Google reklamlarının üstünlükləri çoxdur. Siz detallı şəkildə öz hədəfləmənizi apara bilirsiniz, demoqrafik göstəricilərə görə, istifadəçilərin internet davranışlarına görə, onların nəyə baxdıqlarına görə siz bir çox hədəfləmələr apara bilirsiniz.

Əgər sizə televiziya şoularına baxan bir kütlə lazımdırsa, siz həmin məzmunu seçərək hədəfləmə apara bilirsiniz. Siz yaşı, cinsi, istifadəçilərin axtardığı açar sözləri və yaxudda günün saatlarına görə hədəfləmə apara bilirsiniz.

Google reklamları barədə geniş izahlı video dərslik. Google reklamları nədir və Google Ads necə işləyir? Google Ads reklam vermək üçün nələri bilmək lazımdır? bu videoda.

Similar Posts