Home » Digital Marketing Bloqu » Google Axtarış Reklamlarında Auksion necə işləyir? +VİDEO

Google Axtarış Reklamlarında Auksion necə işləyir? +VİDEO

google reklamları auksion, google ads auction

Google Axtarış Reklamları

Google axtarış reklamlarında bildiyimiz kimi reklamların mövqeyi auksion vasitəsilə təyin olunur.

google axtarış reklamları, google ads search ad, google axtaris reklami
Google Axtarış Reklamları

Şəkildə gördüyümüz kimi Google reklamları orqanik nəticələrdən yuxarıda və aşağıda yerləşir və bu pozisiyaların təyin olunması üçün auksion sistemi meydana girir. Gördüyünüz kimi ilk 3-lük “top” olaraq adlanır. Sizin reklamınızın orqanik nəticələrdən aşağıda və ya yuxarıda olmasını təyin edən əsas nüans auksionda sizin daha yaxşı reytinqə sahib olmağınız deməkdir. 

Google Reklam Auksionu və Ad Rank

Bəs auksion nədir və necə təyin olunur?

google reklamlari auksion, auction in google search ad
Google reklamlarında Auksion sistemi – Google Ads Auction

Şəkildə gördüyümüz kimi reklam auksionuna 4 nəfər daxil olur və onların müəyyən məbləğdə təklifləri var. Biz bu təkliflərə bid deyirik, Quality score isə sizin reklam keyfiyyətinizi müəyyənləşdirən amillərin toplusudur.

Sizin reklamınız əgər yüksək keyfiyyətli olarsa, daha aşağı xərc ödəməklə reklamınıza trafik cəlb edə bilərsiniz. Üçüncü faktor isə Format impact dediyimiz faktordur və burada reklam əlavələri, sizin reklamınızın başlıqları, açıqlama qisminin reklamlarınıza nə qədər təsir etməsidir.

Siz başlıqlarınızı və açıqlama qisminizi nə qədər axtarılan mövzuya uyğun etsəniz və ya sitelinklər verməklə istifadəçiləri oraya yönəltsəniz bu sizin reklamınızın keyfiyyətinə və nəticədə auksionda daha az xərclə daha öndə çıxmağa kömək edəcək. Bu üç faktor birləşir və Ad rank-i əmələ gətirir, yəni reklamın reytinqini. Reklamın reytinqi üçün burada Ad rank thresholds dediyimiz bir səviyyə var.

Məsələn, şəkildə 3-cü yerdə görsənən reklamın reytinqi 8-dir və 8-dən aşağıda olan reklam heç göstərilməyən reklamdır. Bu onu deməyə əsas verir ki, Ad rank səviyyəmiz (Ad rank thresholds) 8-dir. 

Ad Rank-ə təsir edən faktorlar:

  • Quality Score
  • Bid amount
  • Ad Rank thresholds
  • Competitiveness
  • Context (location, device etc.)
  • Impact of ad formats & extensions\

Açar sözləri üzrə Auksionlar

google axtaris reklami acar sozleri, auction for google ads search keywords

Bəzən biz reklamımızı göstərməyimiz üçün müəyyən məbləğ səviyyəsini ötməyimiz lazımdır. Şəkildə gördüyümüz 2 söz fərqli-fərqli rəqabət səviyyəsinə malikdir. “Gül satışı” üzrə rəqabətdə iştirak edənlərin sayı 3-dür. “Gül buketləri” üçün 2 nəfərdir.

Deyək ki, sizin “gül satışı” və “gül buketləri” ilə bağlı bir açar sözünüz var. Quality score-nuz(keyfiyyət səviyyəniz) 7-dir və siz 0.11 sent vermək istəyirsiniz və bu iki auksiondan birinə daxil olacaqsınız. Siz burada köhnə datalarınızı analiz etdikdən sonra müəyyən bir qərar verirsiniz ki, “gül buketləri”, yoxsa “gül satışı” sizin üçün daha vacibdir, daha çox satış gətirir və ona uyğun olaraqda bu iki sözdən birinin auksionuna daxil olursunuz.

Əgər siz “gül buketleri”-ni hədəfləsəniz, gördüyünüz kimi rəqabət daha aşağıdır və daha az məbləğ xərcləyək trafik cəlb edə bilərsiniz. Bunun üçün də siz “gül buketleri”-nə üstünlük verə bilərsiniz. Lakin əgər, “gül satışı” sözündə rəqabət çox olmasına baxmayaraq ordan gətirdiyiniz bir klik sizə geri dönüşüm olaraq satış verirsə, siz “gül satışı” sözünü hədəfləmə edirsiniz. 

Reklam Auksionunda Rəqabət

Biz auksion barədə onu deyə bilərik ki, reklam auksionunda rəqibləri qabaqlamaq üçün sizin ən əsas göstəricilərinizdən biri Quality Score-dur. Format İmpact isə reklam əlavələridir burda location extension ola bilər. Yəni sizin biznesinizin yer ideyaları, harada yerləşməsidir. Telefon məlumatları, “call to action” dediyimiz “endirim var” , “20% endirim” və s. kimi sözlərin reklamınızda  əlavə olunması “Callout extension” adlanır və siz müştərilərə əlavə məlumatlar verirsiniz. Sizin verdiyiniz reklam təklifi sonda hansı reklam pozisiyasına sahib olmağınıza təsir edir. 

Google Axtarış Reklamlarında Auksion necə işləyir? VİDEO

Google axtarış reklamlarında auksion sistemi barədə bu video dərslikdə geniş izah verilmişdir. Google Ads Auction

Similar Posts