Home » Digital Marketing Bloqu » Açar sözü hədəfləmə növləri – Google Axtarış Reklamları

Açar sözü hədəfləmə növləri – Google Axtarış Reklamları

google reklami acar sozleri, keyword match types, google ads keywords

Google axtarış reklamlarında biz sözləri hədəfləmək üçün müəyyən hədəfləmə növlərindən istifadə edirik. Bunlar 3 növdür. 

  1. Broad (Geniş)
  2. Phrase (Fraza)
  3. Exact (Tam)
google reklami acar sozleri, google ads keyword match types
Google reklamı – Açar sözü hədəfləmə növləri

Broad Match hədəfləmə

Məsələn biz televizorla bağlı müəyyən sözləri hədəfləmək istəyirik. Biz “Broad match”-də “televizor” olaraq öz axtarışlarımızı hədəfləsək, “tv qiymetleri”, “lcd satisi”, “led tv”, “televizorlar” kimi axtarış nəticələrində bizim reklamlarımız çıxacaq. Bu geniş hədəfləmədə bəzi mənfi nüanslar var ki, sinonimlərlə yanaşı, bəzi əlaqəsiz sözlər də hədəflənə bilər.

Məsələn “aile tv”, “cbc sport tv”istifadəçi yazıb axtararsa, sizin reklamınız orada görsənə bilər. Bu zaman siz neqativ açar sözlər ilə həmin o sizin reklamınızla uyğun olmayan sözlərə geniş hədəfləmə növü ilə limitləmə qoya bilərsiniz. “Broad match” o zaman tövsiyə olunur ki, siz əgər reklamlara yeni başlamısınızsa və yaxus öz hədəf kütləniziz hansı sözlərlə axtarış etdiyini bilmirsinizsə, “broad match” sizin köməyinizə gələ bilər. 

Phrase Match hədəfləmə

Bu hədəfləmə növündə fərq ondadır ki, biz müəyyən söz birləşməsini axtarış sözündə mütləq şəkildə olmasını tələb edirik. Məsələn nümunədə biz “samsung telefonu” yazmışıq və “samsung telefonlari” , “samsung telefon satışı”, “samsung telefonu qiymeti” bizim hədəfləməmizə uyğundur və yaxud da istifadəçi “Bakıda samsung telefonu” yazıb axtararsa, nəticədə sizin reklamınız göstəriləcək.

Burada söz birləşməsinin mahiyyəti ondan ibarətdir ki, siz istəyirsiniz ki, əlaqəsiz axtarışlara çıxmayasınız. Məsələn “telefon temiri” axtarılarsa, siz istəmirsiniz ki, nəticədə sizin reklamınız çıxsın.

Əgər “samsung smartfonu” yazılarsa, siz yenə nəticədə çıxacaqsınız, çünki “telefon” və “smartfon” sözü sinonim götürülür. Bu hədəfləmənin əsas məqsədi odur ki, hədəflənmiş sözlə deyirsiniz ki, dırnaqda yazılmış ifadə mütləq şəkildə axtarış nəticəsində çıxsın və bu ifadənin əvvəlinə və sonuna fərqli sözlər əlavə oluna bilər. 

Exact Match hədəfləmə

Biz əgər istəyiriksə, 2 söz olsun və əlavə heç bir söz olmasın o zaman nümunədə göstərilən misaldakı kimi [samsung televizorlar] şəklində hədəfləyirik. Bu zaman “samsung televizor”, “samsung tv” , “samsung televizorları” nəticəmizdə çıxır, hansıki bunlar yaxın versiyalardır və yaxud da sinonim ola bilər. 

Google reklamı – Axtarış sözü nümunələri

google ads acar sozleri ve axtaris sozleri, google ads keywords search term examples
Google reklamı – Axtarış sözü hədəfləmə növləri üzrə nümunələr

Siz daim “Search terms” axtarılan kəlmələri izləməlisiniz və müəyyən düzəlişlər etməlisiniz ki, uyğun olmayan axtarışlarda sizin reklamınız çıxmasın. Nümunələrdə gördüyünüz kimi müəyyən hərf fərqlilikləri ola bilər, amma Google alqoritmi bunları özü müəyyən edir ki, bu sizin hədəflədiyiniz sözlə təxmini eyni sözdür və axtarış nəticəsində reklamınızı çıxarır.

Praktiki məsləhətlər

Əvvəl “Broad” hədəfləmədə sözün qarşısına + yazılırdı və tələb olunurdu ki, o söz mütləq şəkildə axtarış nəticələrində göstərilsin. Artıq “Phrase match” həmin versiyanı əvəz edir, əgər siz istəyirsinizsə, mütləq şəkildə “televizor” sözü olsun dırnaq içində “televizor” yazmalısınız və əlaqəsiz sözlər sizin axtarış nəticələrinizdə çıxmayacaq.

Çünki siz artıq şərt qoyursunuz ki, “televizor” sözü sizin hədəfləmənizdə olsun. Mənim tövsiyə etdiyim və ən çox istifadə etdiyim “Phrase match”-dir. Çünki o daha dəqiq şəkildə sizin hədəfləmənizi müəyyən edir. “Broad match” o zaman lazım olar ki, siz bazara təzə gəlmisiniz və müəyyən sözləri öyrənmək istəyirsiniz, istifadəçilərin axtardığı sözlər barəsində o qədər də dəqiq məlumatınız yoxdur.

Ona görə də siz neqativ sözləri müəyyənləşdirmək üçün əvvəlcə “Broad match”-dən istifadə etməlisiniz. Daha sonra yenidən “broad match”-də davam edə bilərsiniz. Amma axtarış həcmi çox böyükdür və siz müəyyən kütləni hədəfləmək istəyirsinizsə, siz o zaman “phrase match” növündən istifadə etməlisiniz.

Çünki bu zaman kütləniz müəyyən qədər darlaşacaq və siz doğru auditoriyaya reklamınızı göstərmiş olacaqsınız. “”Exact match” o zaman istifadə olunur ki, siz hər açar sözü üçün müəyyən bir reklam qrupu yaradırsınız və reklam dəqiq olaraq hədəflənir. Bu zaman axtaran şəxs görür ki, reklam ona uyğundur və sizin keyfiyyət göstəriciniz artır.

Similar Posts