Home » Digital Marketing Bloqu » Digital Marketing Avtomatlaşdırması – Rəqəmsal Marketinq

Digital Marketing Avtomatlaşdırması – Rəqəmsal Marketinq

Digital marketing avtomatlaşdırması ilə rəqəmsal fəaliyyətinizdə proseslərinizi daha rahat idarə edə, sürətinizi artıra, strateji tapşırıqlara daha çox vaxt ayırma imkanı əldə edərək müştəri məmnuniyyətini artıra bilərsiniz. Rəqəmsal marketinqin avtomatlaşdırma imkanları aşağıdakı kimidir:

Digital Marketing Automation nədir?

Digital Marketing avtomatlaşdırması rəqəmsal alətlərin istifadəsi ilə təkrarlanan tapşırıqların görülməsi prosesidir. Avtomatlaşdırma prosesi rəqəmsal marketinq fəaliyyətinin detallı analizi nəticəsində görülən işlərin kodlaşdırma, daxili və ya 3-cü tərəf digital alətlər tərəfindən reallaşdırılması deməkdir. Avtomatlaşdırma nəticəsində mütəxəssislər vaxtlarını daha strateji məsələlərə sərf edə bilir və qərarvermə prosesində 1 addım öndə olurlar.

Digital marketing nədir məqaləmizdə isə rəqəmsal marketinqin növləri barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Digital Marketing automation niyə lazımdır?

Müasir rəqəmsal mühit daimi araşdırma tələb edir. Bu vəziyyətdə digital marketing mütəxəssisi təkrarlanan rutin tapşırıqlar üzərində minimum vaxt sərf etməli, fokusunu və diqqətini strateji olaraq şirkəti rəqabətdə irəli salacaq məsələlər üzərində düşünməlidir. Məhz bu düşüncə tərzi ilə rəqəmsal təkamül baş verir və rəqabət üstünlüyü yaranmış olur. Üstünlükləri sıralasaq:

  • Hədəflərin və prosesin dəqiqləşməsi, görüləcək işin hər addımının və təkrarlanan tapşırıqların müəyyən edilməsi (beləcə digital marketing sistemi formalaşır və şəxslərdən asılılıq azalır)
  • Daha yaxşı ROI və KPI nəticələri
  • İnsan xətalarının azalması
  • Strateji fəaliyyətə vaxtın qalması
  • Kreativ fəaliyyət vaxtın qalması

Hansı Digital fəaliyyəti avtomatlaşdıra bilərik?

Müştərilərimiz üçün istifadə etdiyimiz digital marketing kanalları üzrə bütün fəaliyyətimizi diqqətli şəkildə analiz etdikdən sonra təkrarlanan, vaxtımızı alan və bizi avtomatlaşdırma ilə daha strateji cəhətdən irəli salacaq tapşırıqları avtomatlaşdıra bilərik. Bu, sosial mediya, Google reklam kanalları, vebsayt, email və CRM olmaqla bir çox sahəni özündə birləşdirir.

1. Google Reklam avtomatlaşdırması

Google Ads reklam büdcəmiz əgər aylıq 5.000 USD-i ötürsə, biz artıq avtomatlaşdırma və optimizasiya alətləri barədə danışa bilərik. Bunun üçün reklam verdiyimiz kampaniya növlərini analiz ilə başlayır, daha sonra müştəriləri cəlb etdiyimiz açar sözləri, reklam auditoriyaları və digər parametrlər üzrə imkanları analiz edirik. Google reklamlarını avtomatlaşdırmaq üçün aşağıdakı detalları bilməliyik:

  • hansı açar sözləri üzərində daim satış cəlb olunur?
  • hansı auditoriya, məzmun və reklam yerləşimləri üzərində effektiv nəticələr mövcuddur?
  • hədəfləmə, reklam yaradılması, analiz və optimizasiya üzrə hansı tapşırıqlar təkrarlanır?
  • hansı tapşırıqlar proses olaraq hər dəfə eyni addımları izləyir?

Bu sualların cavablarını bildikdən sonra avtomatlaşdırma üsullarının tətbiqinə keçə bilərik. Google reklamları üzrə rəqəmsal marketinq avtomatlaşdırma prosesində istifadə olunan metodlar aşağıdakılardır:

  • Kod və skriptləri yazılması ilə reklam yaradılma prosesinin avtomatlaşdırılması
  • Google Sheet və Data Studio inteqrasiyası ilə hesabatların avtomatlaşdırılması
  • Optimizasiya qərarlarının kod və skriptlərə həvalə edilməsi
  • A/B testing üzrə statistical significance və statistik hesablamaların scriptlərlə avtomatlaşdırılması
  • Qərarvermədə önəmli rol oynayan KPI-ların xüsusi hesablanmış göstəricilər (calculated metrics və ya custom metrics) ilə interfeysdən kənar reportlarının hazırlanması
  • API-dan istifadə ilə interfeysdə mümkün olmayan advanced strategiyaların tətbiqi
  • Araşdırma və optimizasiya imkanlarının tapılması üzrə işlərin avtomatlaşdırılması

Son illərdə Google Ads reklam xidməti bir çox avtomatlaşdırma həlli ilə bu proseslərin bir çoxunu öz daxilində həyata keçirir. Lakin digital marketing mütəxəssisləri hər bir halda öz fərdi həll yollarını işlədikləri layihəyə görə formalaşdırıb irəli sürürlər.

2. SEO avtomatlaşdırması

Search Engine Optimization üzrə əsas işlərdən biri araşdırmadır. Bu prosesin avtomatlaşdırılması ilə işə başlanılır, daha sonra saytın meta datasının doldurulması, məzmunların yaradılması və reporting hissəsinə keçilir. Texniki audit və rəqabət analizi ilkin mərhələdə həyata keçirilir.

Sayt pozisiyasının izlənilməsi

Google axtarış sistemində saytın önə çıxarılması üçün fəaliyyətə başlamazdan öncə saytın səhifələri üzrə mövcud pozisiyaları bilmək, rəqiblərin pozisiyaları ilə öz nəticələrimizi müqayisə etmək vacibdir. SEO xidməti alarkən əsas KPI hədəf kimi pozisiyaların artırılması və nəticədə daha çox trafik cəlb etmək qoyulmalıdır. Position tracking fəaliyyətini Semrush, Ahrefs, SERanking, Google Search Console alətlərini istifadə etmək olar.

SEO texniki sayt auditi

Texniki SEO (Technical SEO) üçün saytın ilk öncə audit olunması və texniki vəziyyətin başdan sona yaxşılaşdırılması lazımdır. Əks halda görülən məzmun və optimizasiya işləri tam potensialına uyğun nəticə verməyə bilər. Sayt auditi üçün SEMrush Site audit aləti, Ahrefs Site audit tool, Screaming Frog kimi crawling alətləri istifadə oluna bilər. Sayt auditi zamanı diqqət edilməli nüanslar aşağıdakılardır.

  • Performans: açılma sürəti aşağı olan səhifələr, HTML və CSS fayllarında optimizasiya problemləri
  • HTML teqlər: əksik, duplikat və optimal uzunluqda olmayan (çox qısa və çox uzun) meta dataların aşkarlanması
  • Məzmun keyfiyyəti: söz sayı, keyword density, duplikat səhifələrin kodla əks olunmaması (canonicalised URLs) və s.
  • Lokalizasiya: Hreflang dil parametrinin qoyulması
  • Daxili linklər: linksiz səhifələrin, do-follow linklərin aşkarlanması, link strukturu analizi
  • Xarici linklər: başqa saytlara yönləndirən linklərin analizi, sponsorlu və no-follow teqlərin yoxlanılması
  • Resursların optimizasiyası: JavaScript, CSS və şəkillərin optimizasiyası

SEO Rəqabət analizi

Rəqiblərin analizi həm texniki, həm reytinq, həm də məzmun tərəfdən ola bilər. Saytın strukturu, texniki göstəricilər və paylaşılan məzmunların fokus olunduğu açar sözlər araşdırılmalıdır. Rəqib analizi üçün də Semrush, Ahrefs və crawling alətlərindən istifadə oluna bilər. Manual olaraq əsas səhifələrə baxılması və vizual olaraq nəzərədən keçirilməsi də vacibdir. Daha sonra icra mərhələsinə keçdikdə toplu URL-lər üzərindən prosesi davam etdirmək mümkündür. Buradakı proseslərin avtomatlaşdırılması adı çəkilən alətlərdə və kodlaşdırma ilə hazır hesabatların yaradılması ilə həyata keçirilir. Bu proses bir növ semi-automated (yarı-avtomatlaşdırma) adlanır.

Backlink analizi

Azərbaycan bazarında çox məşhur olmasa da saytın authority və etibarlılığını artıran göstəricilərdən olan backlinklər qlobal praktikada istifadə olunur. Sayta məşhur və etibarlı qaynaqlardan referansın və ya əlaqəli məzmunlardan linklərin gəlməsi saytın reytinqində müsbət təsir edir. Backlink analizi API istifadə olunmaqla Ahrefs kimi platformalardan təmin edilə bilər və avtomatlaşdırma prosesi ilə yeni backlink imkanlarının tapılması, mövcud spam backlinklərin aşkarlanması təmin edilə bilər.

Email marketinq avtomatlaşdırması

CRM avtomatlaşdırmasının tərkib hissəsi kimi də istifadə oluna bilən E-mail marketinq avtomatlaşdırılması müştərilərə və ya potensial müştəri ola biləcək istifadəçilərə e-poçtların göndərilməsini avtomatlaşdırmaq üçün proqram təminatının istifadəsidir. E-mail marketinqinin avtomatlaşdırılmasına bəzi nümunələr:

  • tərk edilmiş səbət xatırlatmaları (məhsulu add_to_cart edən lakin alışı tamamlamayan istifadəçilərə email vasitəsilə xatırlatma mesajının göndərilməsi)
  • yeni abunəçilər üçün salamlama e-poçtları (yeni qeydiyyat edən müştərilərə e-mail marketinq ilə “xoş gəldiniz” mesajının göndərilməsi
  • müştərinin əvvəlki alışlarına əsaslanan fərdi tövsiyələr (up-sell və cross-sell üçün müştərinin daha öncə aldığı məhsula oxşar və ya bu məhsullar əlaqəli digər məhsulların təqdim edilməsi, o cümlədən daha fərqli məhsulun endirim təklifinin göndərilməsi)

Bu tip avtomatlaşdırılmış e-maillər biznesə müştərilərlə əlaqəni sıxlaşdırmağa və satışları artırmağa kömək edir.

Məşhur Marketing Automation platformaları

Qlobalda məşhur olan bir çox rəqəmsal marketinq avtomatlaşdırma alətləri mövcuddur ki, Azərbaycan bazarında tam tətbiq olunmur. Bu digital marketing alətləri üçün ya qiymət çox bahadır, ya bəzi funksiyalar Azərbaycan üçün faydalı və tətbiq oluna biləcək dərəcədə deyil, ya da mütəsəsislərin bu barədə ixtisaslaşma dərəcəsi kifayət qədər aşağıdır. Məsələn, e-mail marketing ölkəmizdə rəqəmsal adaptasiya probleminə görə yararlanıla bilmir. O cümlədən bəzi e-commerce həlləri texniki səbəblərdən əksər saytlarda inteqrasiya olunmayıb. Yenə də qlobalda məşhur olan digital marketing automation alətlərini tanıyaq:

Marketo

Adobe tərəfindən alınan bu platforma email marketing, social media marketing, büdcə idarəçiliyi, lead generation, vebsayt və digər digital məcralarda avtomatlaşdırma həlləri təklif edir. Platformaya müxtəlif alətləri və saytları inteqrasiya etmək mümkündür. Marketo aşağıdakı imkanları verir:

  • müştəri davranışına uyğun avtomatlaşdırma ilə məzmun özəlləşdirməsi (content personalization, experience automation)
  • marketing kampaniyalarının daha rahat idarə olunması
  • marketing kanallarının gəlirə olan təsirini daha yaxşı analiz etmək və nəticələri yaxşılaşdırmaq (marketing impact analysis, cross-channel engagement)
    və s.

HubSpot

Inbound marketing platforması olaraq tanınan HubSpot çeşidli avtomatlaşdırma alətləri təqdim edir. Digital Marketing avtomatlaşdırması üzrə “conditional workflow” funksiyaları ilə proseslərin rahat idarə olunmasını təşkil edir. HubSpot aşağıdakı funksiyaları təklif edir:

  • Bloq fəaliyyəti üzrə optimizasiya həlləri
  • Məzmun yaradılması üzrə həllər
  • Email avtomatlaşdırılması və A/B testlər
  • Lead generation üzrə avtomatlaşdırma
  • Cross-channel analitika və reklam analizi
  • Sosial mediya alətləri
    və s.

Intercom

Intercom kommunikasiya fəaliyyətini avtomatlaşdıraraq chat və saytdaxili müştəri xidmətinin effektivliyi artırır. Müştərinin saytda etdiyi fəaliyyət və verdiyi sualların ardıcıllığı, təkrarlanan proseslər analiz olunmaqla müştəri məmnuniyyəti və loyallığını artırmaq üçün Intercom istifadə oluna bilər. Intercom aşağıdakı funksiyaları təmin edir:

  • Chatbot avtomatlaşdırılması
  • Saytdaxili müştəri xidmətinin satışa təsirini izləmək
  • Müştəri xidməti proseslərində avtomatlaşdırma
  • Email avtomatlaşdırması
  • Digər digtal marketing alətləri ilə inteqrasiyalar

Bu və daha çox konseptləri Digital Marketing Kursu ilə öyrənə bilərsiz. Rəqəmsal Marketinq kursu.

Similar Posts