Home » Digital Marketing Bloqu » Online və Offline Persona – Google Ads Auditoriya və Məzmun hədəfləməsi

Online və Offline Persona – Google Ads Auditoriya və Məzmun hədəfləməsi

online persona in google ads, persona analysis in digital marketing, persone nedir kama allazov

Online Persona istifadəçilərin davranış xüsusiyyətlərinə görə müəyyən edilir. Cihaz modeli, online aktivlik saatları və s. toplanır və hədəf auditoriyanızı internetdə daha düzgün hədəfləyə bilirik.

Deyək ki, hədəf kütlə abituriyent valideynləridir. Ortayaşlı (35-44) qadın valideynləri hədəfləyirsiz. Keysimizdə təsəvvür edək ki, auditoriyamız YouTube’da türk serialları izləyir, bəzən də oğlunun adına açdığı “gmail” hesabı ilə mobil cihazında bu serialların təkrarına baxır. Bu zaman TV cihazında YouTube qeydiyyat yoxdursa, bu kütləni demoqrafik göstəricilərə uyğun hədəfləmək mümkün olmur. Çünki gmail hesabı da real şəxsi əks etdirmir.

Bu halda köməyimizə məzmun hədəfləməsi gəlir. Biz istifadəçiləri baxılan video məzmununa və ya daxil olduqları sayt kateqoriyasına görə hədəfləyə bilirik. Məsələn, Topic = TV Family-Oriented Shows.

google reklamlari mezmun hedeflemesi, google ads topic targeting
Google Ads Topic targeting – Google Reklamlarında məzmun hədəfləməsi

Məzmun hədəfləməsi ilə birgə buraya internet axtarış datalarına görə istifadəçiləri seqmentləşdirilən “In-market” auditoriyalarını da əlavə edə bilirik. Məsələn, “Qadın geyimləri” axtaranlar (Women’s Apparel). O cümlədən reklam verən özü sayt və açar sözlərini də sistemə daxil edərək xüsusi auditoriyalar yarada bilər.

google reklamlarinda auditoriya, google ads auditoriya hedeflemesi
Google Ads Audience Targeting – Google Reklamlarında Auditoriya hədəfləməsi

Nəticədə Google Ads klasik demoqrafik hədəfləmədən əlavə olaraq davranış alqoritmini təyin etməyə imkan verir. Beləcə həm auditoriya ilə istifadəçiləri internet davranışlarına görə, həm də internetdə müxtəlif mövzuda məzmunları izləyərkən hədəfləmə imkanına sahib oluruq.

Daha ətraflı və praktiki nümunələrlə bu videoda məlumat verirəm:

Similar Posts