Home » Digital Marketing Bloqu » Google Ads Heç Nəticə Vermir? Problemin Həlli + VİDEO

Google Ads Heç Nəticə Vermir? Problemin Həlli + VİDEO

Google Ads ilə reklam verən istifadəçilərin qarşılaşdığı problemlərdən biri reklamları aktivləşdirdikdən sonra heç bir nəticə əldə etməmələridir. Bu məqalədə bunun səbəblərini və həll yollarını müzakirə edəcəyik.

Google Ads Ödəniş Problemi (Payment Problemi)

Əvvəlcə hesabınızda ödəniş probleminin olub-olmadığını yoxlamalısınız (ödəniş rədd edildi və ya təyin olunan limitə çatdığı zaman ödəniş edilməyib). Əgər ödəniş probleminiz yoxdursa digər nüanslara nəzər salın.

Reklam statusunun “Eligible” olmaması

Nəticə almadığınız kampaniyadakı reklamlar bölməsinə daxil olaraq reklamların statusunu yoxlamanız lazımdır. Bir çox hallarda reklamda dil problemi ilə üzləşilir. Bu problemin həlli üçün digər blogumuza nəzər sala bilərsiniz: Google Ads ilə Azərbaycan Dilində Reklam Vermək. Reklam statusu sizə reklamın qəbul edilmədiyi halda bunun səbəbini və ya hələ yoxlanış prosesində olub-olmadığını göstərir. Təsdiqlənməmiş reklamı düzəltmək üçün bu video təlimatına baxa bilərsiz.

Reklam axtarışda qarşıma çıxmır

Bəzən axtarış üçün nəzərdə tutulan Google reklamları aktivləşir və qəbul olunur, lakin axtarış edərkən qarşımıza çıxmır. Bu zaman Google Ads tərəfindən təqdim olunan Diaqnostika alətindən istifadə edirik: Ad Preview and Diagnostic Tool
Bu zaman reklamın yazdığımız açar sözündə çıxmaması barədə səbəb qeyd olunur.

Conversion tracking problemi

Bəzi hallarda conversion izlənilməsində problem yaranarsa və siz də conversion-əsaslı reklam strategiyası istifadə edirsinizsə, reklam performansında problem meydana gələ bilər. Bunun üçün conversion quraşdırılmasını yoxlamaq lazımdır.

Kampaniya auditoriyalarının üst-üstə düşməsi

Bəzi hallarda eyni auditoriyanı və ya axtarış açar sözlərini hədəfləyən iki kampaniya ola bilər. Bu zaman iki kampaniyadan biri nəticə almaya bilər.

Axtarış reklamlarında əsas səbəblər

  • Limitli büdcə (günlük büdcə limiti aşılıb və reklam üçün büdcəni artırmaq lazımdır)
  • Aşağı auksion təklifi (“bid” hədəfləməsi olaraq təyin edilən auksion təklif məbləği artırılmalıdır)
  • Reklam strategiyası (avtomatik təklif strategiyalarından istifadə edilən zaman reklam performansında problem çıxa bilir. Bu zaman strategiyanı dəyişmək və ya öyrənmə (learning) periodu bitənə qədər gözləmək lazımdır.
  • Az axtarış sayı (hədəflənən açar sözlər üzrə aylıq axtarış sayının az olması nəticə etibarilə reklamınızın da göstərilməməsinə gətirib çıxarır. Bu zaman əlavə sözlər əlavə etmək lazımdır.)
  • Keyfiyyət xalının aşağı olması (“Quality score” göstəricisinin aşağı olması halında onun indikatorları üzərində işləmək lazımdır. Bununla bağlı digər məqaləmizlə tanış ola bilərsiniz: Quality Score nədir? Google Axtarış reklamlarında keyfiyyət göstəricisi
  • Hədəfləmə limitləri (Axtarış reklamları üçün burada məkan hədəfləməsinə görə kütlənin az olması, neqativ açar sözləri ilə hədəf açar sözlərinin konflikti halı meydana gələ bilər. Bu zaman məkanı genişləndirmək, neqativ açar sözlərini təkrar nəzərdən keçirmək lazımdır)
  • Ad Schedule (Reklamın hansı vaxtlarda görülməsi üçün təyin edilən vaxt limiti bəzən axtarışın çox olduğu saat və ya günlərdə reklamın göstərilməməsinə səbəb ola bilər. Bu zaman vaxtı genişləndirmək lazımdır)

GDN və Video reklamlarının nəticə almaması

Google Ads ilə Banner və Video reklamları verərkən aşağıdakı səbəblərə görə reklamınız nəticə almaya bilər:

  • Aşağı auksion təklifi (GDN və Video reklamları üçün daha çox istifadə olunan CPV, CPM və CPC hədəfləmələri zamanı seçilən kütlə spesifik olduğu zaman auksion təklifini artırmaq lazım gəlir)
  • Hədəfləmə limitləri (GDN və video reklamlarında hədəfləmə parametrləri kimi istifadə olunan auditoriya/mövzu/placement auditoriyanı limitləyə bilər. Bu zaman auditoriya seqmentini genişlətmək lazımdır.)
  • Remarketinq auditoriyası problemi (Hədəflənən auditoriya arasında remarketinq auditoriyası olduğu zaman həmin auditoriyanın düzgün inteqrasiyası və tərkibində kifayət qədər istifadəçi olub-olmaması yoxlanılmalıdır.)
  • Aşağı büdcə (xüsusilə pik saatlarda günlük büdcə bitə bilər, bunu nəzarətdə saxlamaq lazımdır.)

Burada qeyd olunan nüansları qarşılaşdığınız keysə görə analiz etmək üçün Google tərəfindən təqdim edilən Troubleshooter-dən istifadə edə bilərsiz.

Google Ads interfeysi ilə VİDEO dərs

Similar Posts