Google Ads Keyword Planner istifadə qaydası
Google Ads platformasında Axtarış reklamı verməzdən öncə hədəflənəcək açar sözlərinin təyini çox vacibdir. “Hansı sözlər axtarılarkən biz reklam göstərmək istəyirik? Hansı sözlərin bizim üçün satış potensialı böyükdür?” və bu kimi sualları verərək ilk öncə hədəf auditoriyamızı müəyyən edir, daha sonra isə Keyword Planner istifadə etməklə büdcə proqnozu çıxarırıq.
Keyword Planner bizə aşağıdakı məlumatları verir:
- Açar sözlərinin illik və aylıq axtarış sayı (internetdə hansı sözlər nə qədər axtarılır)
- Cihazlar üzrə (mobil/desktop) açar sözlərinin axtarılma nisbəti
- Açar sözləri üzrə rəqabətlilik dərəcəsi və rəqabət indeksi
- Açar sözləri üzrə başqa reklamverənlərin təklif etdiyi CPC dəyəri
- Google Axtarış reklamı üçün bizim seçdiyimiz açar sözləri üzrə lazım olan büdcə
- Seçdiyimiz büdcə və açar sözləri üzrə əldə edəcəyimiz klik, görüntülənmə, satış və digər göstəricilər üzrə proqnoz
Keyword Planner alətinin istifadə qaydasını aşağıdakı videoda geniş izah etməyə çalışdım. Verdiyim məsləhətlər, praktiki nümunələr və alətin istifadə qaydası sizə effektiv şəkildə Google-da axtarış reklamı verməyə yardım edəcək: