Online və Offline Persona – Google Ads Auditoriya və Məzmun hədəfləməsi

Online və Offline Persona – Google Ads Auditoriya və Məzmun hədəfləməsi

Google reklamlarında auditoriya və məzmun hədəfləməsi ilə Online Persona nıza öz mesajınızı çatdıra bilərsiniz. Google Ads üzərində Audience və Topic hədəfləməsi ilə düzgün auditoriyaya çatmaq üçün bu məqaləni oxuya bilərsiniz. Video izahla Google Ads dersleri davam edir. İnternet istifadəçilərini həm maraqlarına, həm də izlədikləri, oxuduqları məzmunun mövzusuna görə hədəfləməyi video izahla izləyin. Beləcə reklamlarınızın uyğunluq göstəricisini və nəticələrini artırın.

Google Ads Keyword Planner istifadə qaydası

Google Ads Keyword Planner istifadə qaydası

Google Ads platformasında Axtarış reklamı verməzdən öncə hədəflənəcək açar sözlərinin təyini çox vacibdir. “Hansı sözlər axtarılarkən biz reklam göstərmək istəyirik? Hansı sözlərin bizim üçün satış potensialı böyükdür?” və bu kimi sualları verərək ilk öncə hədəf auditoriyamızı müəyyən edir, daha sonra isə Keyword Planner istifadə etməklə büdcə proqnozu çıxarırıq.

Google Ads üçün Reklam KPI’ları nələrdir?

Google Ads üçün Reklam KPI’ları nələrdir?

Google Ads xidməti alarkən Google reklam KPI-ların təyin edilməsi çox vacibdir. KPI nedir və KPI təyin edilməsi barədə ətraflı məlumat bu paylaşımda verilmişdir. Reklamlara başlamazdan öncə biznes hədəflərinin təyin edilməsi çox vacibdir. O cümlədən biznes hədəflərinin reklam sferasına tətbiqi zamanı onları reklam göstəriciləri ilə əvəzləmək və mütəmadi nəzarət üçün uyğun hala gətirmək çox önəmlidir. Düzgün hədəflər seçmək, o hədəflərə çatmaq üçün görülən tədbirlərin ən başlıca amili hesab oluna bilər.

Google Reklamlarında CTR göstəricisinin əhəmiyyəti

Google Reklamlarında CTR göstəricisinin əhəmiyyəti

Google Ads – Google reklamlarında CTR nedir? Bu göstəricisinin əhəmiyyəti – CTR nədir və necə istifadə olunur? kimi sualların cavabı bu paylaşımda əks olunmuşdur. CTR göstəricisini artırmaq üçün vasitələr və ona təsir edən əsas amillər barədə ətraflı məlumat verilmişdir. SKAG metodu, CTR benchmark göstəriciləri, Conversion rate və bu göstəricilərin birlikdə istifadə olunaraq reklam kampaniyalarının optimizasiyası barədə məlumat əldə edəcəksiniz.

Google Display (GDN) Reklamlarının Yaradılması

Google Display (GDN) Reklamlarının Yaradılması

Google Ads platformasında görüntülü reklamlar və ya Google Display kampaniyası yaradaraq internet istifadəçilərinə öz məhsul və ya xidmətinizi, brendinizi tanıda bilərsiniz. GDN reklamları olaraq da bilinən Google Display reklamları sizə vizual brend tanıtımı və detallı hədəfləə ilə online müştəri qazanmaq imkanı verir. Bu məqalədə Google Ads Display kampaniyalarını yaratmaq barədə video izahlı məlumat verir, interfeysdə kampaniya tənzimləmələrini necə etmək lazımdır onu göstərirəm.

Google Axtarış Reklamlarının Yaradılması – Google Ads Reklam vermək

Google Axtarış Reklamlarının Yaradılması – Google Ads Reklam vermək

Google Ads üzərindən Google Axtarış reklamları verərək saytınıza trafik cəlb edə, satışlarınızı artıra bilərsiniz. Google Search reklamı vermək üçün kampaniya necə yaradılır və tənzimləmələri necə etmək lazımdır? – kimi sualların cavabı bu məqaləmizdə yer alır. Ayrıca video şəklində izahat əlavə edilmişdir. Saytınıza yeni istifadəçilərin cəlb edilməsi və satışın artırılması üçün Google Search kampaniyaları faydalı və effektivdir.

Açar sözü hədəfləmə növləri – Google Axtarış Reklamları

Açar sözü hədəfləmə növləri – Google Axtarış Reklamları

Bu məqalədə Google Reklamlarında – açar sözü hədəfləmə növləri barədə ətraflı məlumat verməyə çalışdım. Google Ads axtarış reklamlarında açar sözləri necə hədəflənir? Doğru auditoriyaya çatmaq üçün hədəfləmənizi necə aparmalısız? – kimi suallara cavab tapmaq üçün videonu izləyə bilərsiniz.

Quality Score nədir? Google Axtarış reklamlarında keyfiyyət göstəricisi

Quality Score nədir? Google Axtarış reklamlarında keyfiyyət göstəricisi

Google Reklamlarında Quality Score və ona təsir edən faktorlar barədə ətraflı məlumat verməyə çalışdım. Google Ads axtarış reklamlarında – Quality Score, yəni keyfiyyət xalı nədir? Keyfiyyət göstəricisi olan Quality Score-a təsir edən amillər və həmin amilləri artırmaqla reklamlarınızı daha səmərəli etməyin yollarını bu məqalədə öyrənə bilərsiniz. Vizual izahlar və praktiki nümunələr məqalə və videomuzda yer almışdır. Google Ads dərsləri YouTube kanalımızda davam etməkdədir.

Google Axtarış Reklamlarında Auksion necə işləyir? +VİDEO

Google Axtarış Reklamlarında Auksion necə işləyir? +VİDEO

Bu məqalədə Google Reklamlarında Auksion sistemi haqqında ətraflı məlumat verməyə çalışdım. Google Ads – Auction sistemi necə işləyir? Auksionda rəqabət və nəticələrinə təsir edən amillər haqqında məlumat əldə edə bilərsiniz. Auksionda rəqiblərin vəziyyətini analiz etmək və önə keçmək üçün hansı əsas komponentləri bilməli olduğunuzu burada izah edirəm. Axtarış reklamlarında önəm verilən faktorları bilərək reklam keyfiyyətinizi və nəticələrinizi artıra bilərsiniz.

Google Reklamları nədir? Google reklamlarına giriş +VİDEO izah

Google Reklamları nədir? Google reklamlarına giriş +VİDEO izah

Google Reklamları – Google Ads nədir və reklamlar necə verilir? Google Axtarış, Display və Google Video reklamları barədə ətraflı məlumat verməyə çalışdım. Azərbaycanda Google Ads ilə reklam vermək imkanlarından yararlanmaq üçün bu platformanın necə işlədiyini və hansı növ reklam kampaniyalarının mövcud olduğunu bilmək vacibdir. Google Partnerlik, Adsense və Marketing Platformun fərqlər, o cümlədən bəzi əsas terminlərin izahı verilmişdir.

Digital Marketing barədə bu qədər yazmışam. Yeni paylaşımlar üçün sizi bir qədər gözlədəcəm. Əgər öyrənmək istədiyiniz və haqqında məzmun hazırlamağımı istədiyiniz mövzular varsa mənə yaza blərsiniz. Rəqəmsal Marketinqi öyrəndiyiniz üçün təşəkkür edirəm!

Digital Marketing barədə bu qədər yazmışam. Yeni paylaşımlar üçün sizi bir qədər gözlədəcəm. Əgər öyrənmək istədiyiniz və haqqında məzmun hazırlamağımı istədiyiniz mövzular varsa mənə yaza blərsiniz. Rəqəmsal Marketinqi öyrəndiyiniz üçün təşəkkür edirəm!