Quality Score nədir? Google Axtarış reklamlarında keyfiyyət göstəricisi
Quality score reklam auksionuna və daha az məbləğ xərcləməklə sizin reklamlarınızın daha üst sıralarda göstərilməsinə təsir edir. Keyfiyyət xalına təsir edən göstəricilər 3-dür:
- Ad relevance (Reklam uyğunluğu)
Sizin reklamınızın axtarılan göstəriciyə nə qədər uyğun olduğunu müəyyən edən faktordur.
- Landing Page Experience (Saytdakı müştəri davranışı)
Müştəri sizin reklamınıza kliklədikdən sonra saytda qalırmı, qalırsa nə qədər qalır, saytda nə kimi hərəkətlər edir, yoxsa axtarış nəticələrinə qayıdaraq başqa reklama mı klikləyir.
- Expected CTR (Gözlənilən kliklənmə faizi)
Bizim reklamlarımızın proqnoz olunan kliklənmə faizidir. Reklam məsələn 10 dəfə göstərilir amma buna 1 nəfər klikləyirsə, bu 10% olaraq götürülür. Sizin açar sözünüzün gözlənilən kliklənmə faizi sizin əvvəlki datalarınıza görə müəyyənləşdirilir və yaxud da google buna proqnoz verir. Bəs siz buna necə təsir edə bilərsiniz?
Quality Score indikatorları
İlk öncə Quality Score indikatorlarının hesabatda necə göstərildiyi barədə məlumat verək. Məsələn aşağıdakı şəkildə gördüyünüz kimi Landing Page Experience dediyimiz göstərici Average-dir, yəni ortadır.
Bu göstəricilər “Below Average” (Normaldan aşağı), “Average” (Normal), “Above Average” (Normaldan yuxarı) olaraq müəyyən edilir və bunların cəmi toplanılaraq Quality Score-u müəyyənləşdirir. Əgər Normal və Normaldan aşağı səviyyədədirsə, biz bunları yüksəltmək üçün müəyyən işlər görməliyik.
Quality Score Hesabatı
Biz bu faktorların reklamımıza nə qədər təsir etdiyini öyrənmək üçün datamızı analiz edirik. Şəkildə gördüyümüz kimi, əgər Quality Score-muz 7-dən yuxarı olarsa, biz müəyyən edirik ki, bu nəticə bizə qənaət edir və inkişaf etdirməyə o qədər də ehtiyac yoxdur.
Amma 7 və 7-dən aşağı olan göstəricilərdə biz artıq bilirik ki, müəyyən dərəcədə inkişaf etdirmək lazımdı. Həmin axtarış sözləri üçün daha uyğun reklam yazmaq olar və yaxud da yönəltdiyimiz səhifədə, veb saytımızda müəyyən dəyişikliklər etməklə Quality Score-u biz inkişaf etdirə bilərik.
7-dən aşağı olan göstəricilər üçün deyə bilərik ki, açar söz daha çox büdcə xərcləyir və biz müəyyən dərəcədə zərər edirik. Biz əgər Quality Score-u yüksəltsək daha az Cost Per Click (Klik başına ödəmə) ödəyəcəyik.
Ad Relevance – Reklam Uyğunluğu
Burada biz Reklam uyğunluğu barədə məlumat verəcəyik. Google-a “Samsung Galaxy S20” yazdığımız zaman çıxan reklamlarda həmin söz yer alırsa, bu reklam uyğun reklam hesab olunur, yəni reklam uyğunluğuna təsir edir.
Biz şəkildəki ikinci reklamda görürük ki, “S20” sözü açıqlama qismində yerləşmiyib amma başlıqda yerləşib, o cümlədən birinci reklamda “S20” sözü həm başlıqda, həm də açıqlama qismində yerləşib.
Buradan belə nəticə çıxarmaq olar ki, birinci reklam ikinciyə nisbətdə daha uyğundur, çünki açıqlama hissəsində axtarılan söz (S20) yerləşib. Amma ikinci reklam verəndə bu yerləşməyib, deməli ikinci reklam verən öz reklamını müəyyən dərəcədə inkişaf elətdirə bilər.
Landing Page Experience
Landing Page Experience bizim cəlb etdiyimiz trafikin saytımızda necə hərəkət etməsi ilə bağlıdır. Yəni, Google-un bizə tövsiyəsi odur ki, biz uyğun və faydalı veb səhifəsi yaratmalıyıq.
Uyğunluq dedikdə bizim açar sözümüzün həmin saytın başlığında yerləşdirilməsi, həmin mövzuda hər hansı bir başlığın yerləşdirilməsi bizim veb saytımızın axtarışa uyğunluğunu artırır və girən istifadəçi görür ki, axtardığı mövzuya uyğun veb səhifədədir və belə olduqda bizim açar sözümüz daha yaxşı nəticə gətirir.
İkinci bir məsələ faydalılıqdır, yəni faydalı və orjinal kontentin olmasıdır. Axtarılan mövzu haqqında siz istifadəçiyə faydalı olacaq məlumat verməlisiniz və bu kontent orjinal olmalıdır, yəni başqa saytlardan götürülən kontent olmamalıdır, unikal olaraq sizin saytınıza məxsus olmalıdır.
Müştəri davranışını stimullaşdıran texniki göstəricilər isə mobil responsivlik və tez yüklənmədir. Əgər istifadəçilər mobil telefonla daxil olursa, sizin saytınızın mobil telefonda tez yüklənməsi sizin Landing Page Experience göstərinizi artıracaq, o cümlədən asan naviqasiyanın mövcudluğu istifadəçinin saytınızda daha yaxşı hərəkət etməsinə, alışı tamamlamasına və yaxud da sizin qoyduğunuz hər hansısa bir hədəfə çatmağınıza kömək olacaq.
Expected CTR
Bu faktor sizin cari CTR-la əlaqəli bir faktordur. Yəni sizin reklamınızın hal-hazırki kliklənmə faizi yüksəkdirsə, Expected CTR da yüksək olma ehtimalı çoxdur. Bunu artırmaq üçün siz reklamınıza “sitelink”-lər, müxtəlif “callout” extension-ları, yəni endirimlə bağlı müəyyən məlumatlar verə bilərsiniz.
Bu məlumatları siz reklamınıza əlavə etsəniz, gözlənilən CTR göstəricisini artıra bilərsiniz. Bu göstərici haqqında Google tərəfindən ətraflı məlumat verilmir, sadəcə məlumatımız odur ki, cari CTR-nız bu göstəricinin artırılmasında müəyyən rol oynayır.